Oğuz Tarix-Diyarşünaslıq Muzeyi

Oğuz Tarix-Diyarşünaslıq Muzeyi — 19 fevral 1981-ci ildə yaradılmış muzey.

Oğuz Tarix-Diyarşünaslıq Muzeyi
Oğuz Tarix-Diyarşünaslıq Muzeyi
Oğuz Tarix-Diyarşünaslıq Muzeyi
Əsası qoyulub 19 fevral 1981
Mövzu Tarix
Yerləşir Yerli əhəmiyyətli
Kolleksiyası 4441 eksponat
Direktor Arizə Xudiyeva
Muzeyə yetişmək Oğuz, S. Qazıyev küçəsi 59

Muzey yerli əhəmiyyətli memarlıq abidəsi olan məbəddə yerləşir. Ümumi sahəsi 112 kv.m-dir. Hazırda muzeydə 4441 eksponat var.[1] Muzey dörd bölmədən ibarətdir: təbiət bölməsi, arxeologiya, Sovet imperiyasının süqutuna qədərki dövr, müasir dövr bölməsi. Abidə dövlət tərəfindən qorunan yerli əhəmiyyətli (inv. №4941) abidədir.

Muzeyin ekspozisiyası

[redaktə | mənbəni redaktə et]

Fəaliyyətə başladığı ilk illərdə əsas fondunda cəmi 200 eksponat olmuşdur. Ərazinin tarixi, mədəniyyəti, etnoqrafiyası, sənətkarlıq xüsusiyyətləri ilə bağlı dəyərli nümunələr çoxdur. Burada rayon ərazisində arxeoloji qazıntılar zamanı əldə edilən 168 maddi mədəniyyət nümunələri nümayiş etdirilir. Etnoqrafiya zərgərlik, misgərlik, duluzçuluq, xarratlıq, numuzimatika nümunələri, toxuculuq məmulatları, silahlar, əlyazmalar yerləşdirilən guşələr öz zənginliyi və eksponatların əhəmiyyəti ilə diqqəti cəlb edir. Buradakı küp, çıraq, səhəng, bardaq, misgərlik və toxuculuq nümunələri, qadın kişi və uşaq geyimləri, gümüş pullarla bəzədilmiş kəmərlər, zinət əşyaları tarixi keçmişimizin, dünənimizin qiymətli yadigarlardır.[2]

  1. "Oğuz Tarix-Diyarşünaslıq Muzeyi". https://museum.az (az.)). 2021-06-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22.12.2020.
  2. "Tarixdiyarşünaslıq muzeyləri müasir azərbaycançılıq ünvanları kimi". =http://www.anl.az. 2019-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.12.2020.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]