Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 21 gün əvvəl Araz Yaquboglu (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
"Oğuznamə"-1 - (Atalar sözü və məsəllər) – oğuz hikmətlərini, obrazlı deyimlərini içinə alan atalar sözü və zərbi-məsəllərdən ibarət toplular.
Elmi-mədəni dəyərinin böyüklüyünə, bədii-estetik istiqamətinə, fəlsəfi mənalarına görə seçilən oğuz atalar sözləri, məsəlləri və hikmətli kəlamları bizə qədər “Oğuznamə” adı ilə iki əlyazması şəklində gəlib çatmışdır.
Bunlardan biri Berlin kitabxanasında saxlanılan XV-XVI yüzilliklərə aid edilən əlyazmadır. “Hazihi-r-risaləti-min kəlimati Oğuznamə əl-məşhur bi-atalar sözü” adlanan bu əlyazmanın 400 atalar sözünü ilk dəfə alman şərqşünası F.fon Dits 1889-cu ildə nəşr etdirmişdir. Sonradan Dits nəşrindən O.Ş.Gökyay, A.Binyazar və b. alimlər də istifadə edərək, onu eyni ilə yenidən öz kitablarında nəşr etmişlər.
İkinci əlyazma Sankt-Peterburq Şərqşünaslıq İnstitutunun əlyazmalar fondunda saxlanılan və birinci vərəqi “Haza kitabi-Oğuznamə” adlanan “Məcməüləmsali- Məhəmmədəli”dir. Bu əlyazma XVI-XVII yüzilliklərə aid edilir və həcmcə böyükdür. O, elm aləminə XIX əsrdən məlum olsa da, tam şəkildə ilk dəfə 1987-ci ildə Bakıda S.Əlizadə tərəfindən ön sözü ilə birlikdə nəşr olunmuşdur. Əlyazmadakı paremik vahidlərin sayı 2000-ə yaxındır.