Açıq Veb Tətbiq Təhlükəsizliyi Layihəsi (OWASP) — veb tətbiqi təhlükəsizliyi sahəsində sərbəst şəkildə əldə edilə bilən məqalələr, metodologiyalar, sənədlər, alətlər və texnologiyalar istehsal edən onlayn icmadır. OWASP pulsuz və açıq resurslar təqdim edir.[2]
Açıq Veb Tətbiq Təhlükəsizliyi Layihəsi OWASP | |
---|---|
Open Web Application Security Project | |
Növü | 501(c)(3) qeyri-kommersiya təşkilatı |
Fəaliyyəti | Veb Təhlükəsizliyi, Tətbiq Təhlükəsizliyi, Zəifliyin Qiymətləndirilməsi |
Yaranma tarixi | 2001 |
Mərkəzi |
|
Qurucusu | Mark Curfey[1] |
Sədr | Mett Konda |
Büdcəsi | ▼ $2.3 million[1] |
Üzvləri |
|
owasp.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Mark Curphey OWASP-a 9 sentyabr 2001-ci ildə başlayıb.[3] Jeff Williams 2003-cü ilin sonundan 2011-ci ilin sentyabrına qədər OWASP-ın könüllü sədri vəzifəsində çalışıb. 2015-ci ildən etibarən Mett Konda İdarə Heyətinə sədrlik etmişdir.
ABŞ-da 2004-cü ildə yaradılmış 501(c) (3) qeyri-kommersiya təşkilatı olan OWASP Fondu OWASP infrastrukturunu və layihələrini dəstəkləyir. 2011-ci ildən OWASP həmçinin OWASP Europe VZW adı ilə Belçikada qeyri-kommersiya təşkilatı kimi qeydiyyatdan keçib.
OWASP layihələri xüsusi inkişaf planı və inkişaf komandası olan əlaqəli tapşırıqlar toplusudur.
OWASP təşkilatı 2014-cü ildə Haymarket Media Group SC Magazine Redaktorunun Seçimi mükafatını aldıb.[5]