O Fortuna— XII əsrin əvvəllərində yazılmış orta əsr Latın Qoliardik şeridir. O Fortuna həm də Carmina Burana kimi tanınan kolleksiyanın hissələrindən biridir. Bu Roma mifologiyasındakı xoşbəxtlik təcəssümünə, Fortuna və taleyə narazılıq edir.
1935-1936-cı ildə Alman bəstəkar Karl Orf öz Carmina Burana kantatasının ən məşhur hissəsi və əsərin açılış və bağlanış hissələrində ifa edilən "Fortuna Imperatrix Mundi" kimi adlanan musiqi bəstələdi. Birinci dəfə 8 iyun 1937-ci ildə Alte Operdə səhnələşdirilib. Ton son doqquz bara qədər məqamlıdır. Konsertin müddəti iki dəqiqə yarımdan bir az daha çoxdur.
Orffun şeir üzərindəki aktları olduqca populyar olub saysız-hesabsız klassik musiqi orkestrləri və sənətkarlar tərəfindən ifa edilib. Bu musiqi parçası çoxsaylı filmlər və televiziya reklam çarxlarında eşidilir və dramatik və ya həlledici hallarda əhval-ruhiyyəni tənzimləmək üçün populyar mədəniyyətin əsasında çevrilib.[1] "O Fortuna" İngiltərədə son 75 ilin ən çox ifa olunan klassik musiqi əsəri halına gəlmişdir.[2]
O Fortuna
velut luna
statu variabilis,
semper crescis
aut decrescis;
vita detestabilis
nunc obdurat
et tunc curat
ludo mentis aciem,
egestatem,
potestatem
dissolvit ut glaciem.
Sors immanis
et inanis,
rota tu volubilis,
status malus,
vana salus
semper dissolubilis,
obumbrata
et velata
michi quoque niteris;
nunc per ludum
dorsum nudum
fero tui sceleris.
Sors salutis
et virtutis
michi nunc contraria,
est affectus
et defectus
semper in angaria.
Hac in hora
sine mora
corde pulsum tangite;
quod per sortem
sternit fortem,
mecum omnes plangite!
(azərbaycanca, hərfi tərcümə)
O Fortune,
ay kimi
dəyişkənsən,
həmişə böyüyən
və ya kiçilən;
mənfur həyat
birinci zülm edər
və sonra təssəlli verər
kefinin istədiyi kimi;
səfaləti
və gücü
buz kimi əridir.
Tale-dəhşətli
və boş,
sən çarxı fələk,
sən acıqlısan,
rifah nahaq yerədir
və həmişə heçliyə yox olur,
kölgəli
və örtülü
mənə də bulaşmısan;
indi hiyləgərliklə,
çılpak belimi
pisliyinə təslim edirəm.
Tale sağlamlıq
və xeyirxahlıqda,
mənə qarşıdır
sürülən,
və əzilən,
daima əsarətdə.
elə bu saatda
gecikmədən
qopar titrəyən telləri;
bir halda ki Tale
güclü adamı yerə sərir,
hər kəs ağlasın mənimlə!