Ocaçi

Ocaçi (serb. Оџаци) — Serbiyanın Voyevodina muxtar bölgəsi, Qərbi Bax mahalında bir şəhər. Eyni adlı icmanın inzibati mərkəzidir.

Ocaçi
Gerb
Gerb
45°31′ şm. e. 19°16′ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 411 km²
Mərkəzin hündürlüyü 87 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 9.021 nəf.
Rəqəmsal identifikatorlar
Poçt indeksi 25250
Nəqliyyat kodu SO
Digər
odzaci.rs
Xəritəni göstər/gizlə
Ocaçi xəritədə
Ocaçi
Ocaçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Voyevodinanın qərbində, Belqraddan 151 km məsafədə yerləşir. Şəhər çoxsaylı kiçik göllərlə əhatə olunmuşdur. Bu bölgədə ovçuluq və balıqçılıq yaxşı inkişaf etmişdir. Trans-Avropa velosiped yolu «Euro Velo 6» Ocaçinin üzərindən keçir.

31 dekabr 2011-ci il tarixinə şəhər əhalisi 8 795 nəfər təşkil etmişdir. Bunların təxminən 83%-i serblər, 3%-i macarlar, 1,5%-i isə yuqoslavlardır.

Tarixi[redaktə | mənbəni redaktə et]

Şəhər haqqında ilk yazılı qeyd 1522-ci il sənədində tapılmışdır. Bu ərazidə ilk yaşayış yeri 16-cı əsrdə türklər tərəfindən qurulmuşdur. 18-ci əsrdə şəhər serblər tərəfindən məskunlaşılmışdır. Bu şəhərin serb dilində adı "borular" deməkdir. Türk dilində bu söz hərbi hissəyə aiddir. XVII əsrdə Avstriya və Osmanlı imperatorluqları arasında baş verən bir sıra müharibələr səbəbindən əhalisi köçürülmüşdür. Sənayesi tarixən qida və toxuculuq müəssisələri təmsil olunmuşdur.

Coğrafiyası[redaktə | mənbəni redaktə et]

Şəhər 41.115,89 hektar ərazini əhatə edir. Şəhər dəniz səviyyəsindən 87 m yüksəklikdə yerləşir. Ocaçidə iqlim mülayim-kontinental olaraq təsvir edilə bilər. Orta illik temperatur 10.9 °C-dir. Ən soyuq ay yanvar -0.3 °C, ən isti ay isə iyul 21.4 °C temperatura malik olur. İllik günəşli saatların sayı 2014 saatıdır. İsti yaz və yaylar idman və istirahət, o cümlədən su idman növləri, bir çox digər açıq fəaliyyətlər üçün əlverişli şərait yaradır.

İdman[redaktə | mənbəni redaktə et]

Ocaçidə "Tekistilas" futbol klubu təşkil olunmuşdur.

Yanınmış şəxsləri[redaktə | mənbəni redaktə et]

  • Boyan Mixayloviç, (1980) - Serbiyalı qarışıq idman növləri üzrə döyüşçü.
  • Laslo Nemet, (1956) - 2008-ci ildən Zrenjanin (Voyevodina, Serbiya) yeparxiyasına rəhbərlik edən katolik yepiskopu.
  • Radomir Putnik, (1946) - Serb dramaturqu, yazıçı, şair, ssenarist, teatr və ədəbiyyatşünas. Belqrad Film Məktəbinin Dram professoru.
  • Branislav Traykoviç, (1989) - Serbiya futbolçusu.

Mənbə[redaktə | mənbəni redaktə et]

Qalereya[redaktə | mənbəni redaktə et]