Ocaq (türk. Alevi Ocakları; kürd. Ocaxên elewî) — əsasən ələvilikdə, həmçinin bəktaşilikdə imam məqamında oturan dədələrin soyunu ifadə edən termin, dədəlik anlayışı strukturuna görə nəslə tabe olan qurum. Odur ki, ata öləndə oğlu onun yerinə keçir və bu, ələvi ənənəsində ocaq adlanır.[1]
Ələvi Ocaqları bir-birinə bağlıdır və aralarında nəsil ağacı tipli bir əlaqə mövcuddur. Nəsil ağacının başında Hacı Bektaş Vəlidir. Hər ocağın nəslindən gələn insanlar var. Ocaqların böyük oğulları olan dədələr kiçik qardaşlarından daha yüksək mövqedədirlər. Bu iyerarxik quruluş "əl-ələ, haqq" zehniyyətinin bir hissəsidir.[2]
Türkiyədə elə ocaqlar var ki, onların iyerarxiyası tədqiq olunmadığından qurulmamışdır. Buna ən məşhur nümunə Şücaəddin Vəli ocağıdır.[3][4]