Odessa Beynəlxalq Film Festivalı

Odessa Beynəlxalq Film Festivalı(ukr. Одеський міжнародний кінофестиваль) — iyulun ortalarında Odessa şəhərində keçirilən illik film festivalı. İlk dəfə 2010-cu ilin 16–24 iyul tarixlərində keçirilmişdir.

Odessa Beynəlxalq Film Festivalı
YerUkrayna, Odessa
Yaranıb2010
MükafatlarQızıl Dük
Festival tarixləriiyulun ortaları
Dilukrayn ,rus, ingilis
Saythttp://www.oiff.com.ua/

Festival ilk iki ili özünü xüsusi bir yumor duyğusuna sahib bir film festivalı olaraq təyin etdi. 2012-ci ildə festivalın istiqaməti genişləndirilmiş, bədii festival elan edilmişdir. Yarış proqramı 2016-cı ildən etibarən üç tam bölmədən ibarətdir: Beynəlxalq müsabiqəli tam metraj filmlər proqramı, Ukrayna milli yarışma proqramı və Avropa sənədli filmlər yarışması.