Odessa vilayətində şərabçılıq

Şabo üzüm bağları.

Odessa vilayəti Ukraynanın ən böyük üzümçülük rayonudur.[1] 2018-ci ilin məlumatına əsasən Odeşçinada (Odessa vilayəti) şərab istehsalı 26,29 min hektar ərazini — Ukraynadakı üzüm bağlarının ümumi sahəsinin 60,44%-ni əhatə edir.[2]

Odessa vilayəti Dunay çayının mənsəbindən Tiliqul estuarına qədər olan ərazini – Qara dənizin şimal-qərb sahilində yerləşir və bu bölgənin iqlimi şərabçılıq üçün əlverişli hesab olunur. 2015-ci ilin məlumatına əsasən, üzüm istehsalı vilayətin 26 rayonunun 13-də həyata keçirilir (Ukraynanın keçmiş inzibati-ərazi bölgüsünə görə).[1] Kənd təsərrüfatı müəssisələri 2018-ci ildə 2.966.984,57 kvintal üzüm istehsal etmişdir.[2]

5 oktyabr 2016-cı ilin məlumatına və iqtisadi fəaliyyət növlərinin rəsmi təsnifatına əsasən, Odessa vilayətində şərabçılıqla 4 sahibkar və 152 hüquqi şəxs, üzümçülüklə isə 55 özəl müəssisə və 528 hüquqi şəxs məşğul olur.[3]

2018-ci ilin məlumatına əsasən, ən çox istehsal olunan şərab məhsullarına üzüm mustu (57,88%) və faktiki spirt konsentrasiyası 15–24,08%-dən çox olmayan şərab və təzə üzümdən hazırlanan köpüklü şərab (10,77%) aiddir.[3] Bölgəyə Qara dəniz və Bessarabiya şərab regionları da daxildir. Odessa vilayətində şərabçılığın tarixi qədim dövrlərə gedib çıxır.[4]

Qalereya[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

Mənbələr[redaktə | mənbəni redaktə et]

  • Винокуров Н. И. "Акклиматизация винограда и начальный этап развития виноградарства в Северном Причерноморье" (Боспорские исследования). Симферополь: Крымское отделение Института востоковедения им. А. Е. Крымского. 2001: 4–22. 14 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 January 2021.