Odlar Yurdu (triptix)

"Odlar Yurdu" — azərbaycanlı rəssam Tahir Salahovun 2007-ci ildə çəkdiyi triptix rəsm əsəri. Rəssam əsərin üzərində on aydan çox işləmişdir.[1]

Odlar Yurdu
Rəssam Tahir Salahov
Tarixi 2007
Ölçüləri 225 sm × 580 sm
Materialı Kətan, yağlı boya
Saxlanıldığı yer Azərbaycan Milli İncəsənət Muzeyi

Tahir Salahovun sözlərinə görə, "Çox istəyirdim ki, açıq dənizdə çalışan insanların qarşılaşdıqları təhlükəni dəfələrlə azaldan belə bir qurğunu çəkim...".[1]

Triptixin mərkəzi hissəsində "Xəzər bu gün" əsəri yerləşir. Triptixin sol tərəfində "Atəşgah", sağında isə Qız qalası var.

İncəsənət tarixçisi və tənqidçisi Yekaterina Dyoqotun fikrincə, triptix nefti "sənaye yox, dini mənada" şərh edir.[2]

  1. 1 2 "Tanımadığımız Tahir Salahov". www.kaspi.az. 25 March 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 December 2015.
  2. "Горение внутреннее и внешнее". os.colta.ru. 4 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 December 2015.