Odlar Yurdu Kolleci

Odlar Yurdu Kolleci və ya qısaca OYK — 2016-cı ildə Odlar Yurdu Universitetinin nəzdində yaradılmış kollec.

Odlar Yurdu Kolleci
Odlar Yurdu Universiteti nəzdində Odlar Yurdu Kolleci
Odlar Yurdu Universiteti nəzdində Odlar Yurdu Kolleci
Loqonun şəkli
Xəritə
40°23′51″ şm. e. 49°51′29″ ş. u.HGYO
Şüar Biz iş axtarmırıq, iş bizi axtarır
Əsası qoyulub 2016
Tip Özəl
Direktor Mətanət Muradova
Şəhər Bakı Bakı
Ölkə  Azərbaycan
Ünvan Azərbaycan,Bakı Koroğlu Rəhimov küçəsi 13.[1]
Metro Gənclik metrostansiyası
Sayt "oyu.edu.az".

Odlar Yurdu Universiteti nəzdində Odlar Yurdu Kolleci 2 may 2016-cı il tarixində yaradılmışdır. Kollec universitetin bazasında fəaliyyət göstərir və dərsləri universitetin professor-müəllimləri tədris edir. Nizamnaməyə əsasən kollecin Ali idarəetmə orqanı pedaqoji şuradır. Kollecə rəhbərlik direktor tərəfindən həyata keçirilir. Direktor həm də Pedaqoji Şuranın sədridir.

Odlar Yurdu Kolleci Ədliyyə Nazirliyinin 12.02.2016-cı il tarixli 1116-A11–563 nömrəli dövlət qeydiyyatından keçmişdir. Kollecə 2 may 2016-cı il tarixində 088971 nömrəli lisenziya verilmişdir.[2]

  • Direktor
  • Direktorun 1-ci müavini
  • Direktorun Tədris İşləri üzrə müavini
  • Tədris şöbəsinin müdiri
  • İnsan resusrları şöbəsinin rəhbəri
  • Arxiv müdiri
  • Təsərrüfat şöbəsinin müdiri
  • Mühasibatlıq
  • Daxili Nəzarət və Monitorqin şöbəsinin rəhbəri

Nizamnaməyə əsasən kollecin Ali idarəetmə orqanı pedaqoji şuradır. Kollecə rəhbərlik direktor tərəfindən həyata keçirilir. Direktor həm də Pedaqoji Şuranın sədridir. İdarəetmədə demokratiya, şəffaflığı, ictimai özünü idarəni gücləndirmək məqsədi ilə kollecdə aşağıdakı şuralar fəaliyyət göstərir.

  • Metodiki Şura
  • Tələbə Gənclər Təşkilatı,
  • Həmkarlar komitəsi,
  • Appelyasiya komissiyası

Kollecin idarə edilməsi aşağıdakı struktur bölmələri aşağıdakı şöbələr ilə təsərrüfat şöbəsinin əlaqəli fəaliyyəti ilə aparılır.

  • Daxili nəzarət və monitorinq şöbəsi
  • Mühasibatlıq
  • Kadrlar şöbəsi
  • əyani şöbə
  • qiyabi şöbə
  • Tədris şöbəsi
  • Kafedra

Təsisçilər Şurası

[redaktə | mənbəni redaktə et]

Kollecin mülkiyyət, təsərrüfat, strukturlaşma, rəhbər kadrların təyin olunması məsələlərində ali idarəetmə orqanı Təsisçilər Şurasıdır. Kollecin idarə olunmasında Təsisçilər Şurası mühüm rol oynayır.

Odlar Yurdu Universiteti Nəzdində Odlar Yurdu Kolleci bir çox ixtisas üzrə kadr hazırlığı aparır.[3] Aparılan islahatların sayəsində bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq kollecdə tam və orta təhsil bazasından göstərilən ixtisaslar üzrə kadr hazırlığı aparılması mümkün olmuşdur.[4]

  • Bank işi
  • Mühasibat uçotu
  • Maliyyə işi
  • Marketinq (sahələr üzrə)
  • Bələdiyyə işi
  • Sosial iş
  • Ailə və ev təhsili
  • Turizim işinin təşkili
  • Dizayn (sahələr üzrə)
  • Vergi işi
  • Məktəbə qədər təhsil
  • Kompüter sistemlərinin təmiri və servis
  • Kompüter şəbəkələrinin avadanlıqlarının təmiri

Odlar Yurdu Kollecinin 2021/2022-ci tədris ili üçün Tam orta təhsil bazası üzrə (XI illik) əyani və qiyabi şöbələrə qəbul aparılacaq ixtisaslar:

  1. Bank işi
  2. Mühasibat uçotu
  3. Maliyyə işi
  4. Marketinq (sahələr üzrə)
  5. Bələdiyyə işi
  6. Sosial iş
  7. Ailə və ev təhsili
  8. Turizim işinin təşkili
  9. Dizayn (sahələr üzrə)
  10. Vergi işi
  11. Məktəbə qədər təhsil
  12. Kompüter sistemlərinin təmiri və servis
  13. Kompüter şəbəkələrinin avadanlıqlarının təmiri.[5]

Odlar Yurdu Kolleci Odlar Yurdu Universitetinin nəzdində olduğundan kitabxanasının əsası 1995-ci ildə qoyulmuşdur. Kitabxana 300 nəfərlik oxu zalından və geniş fonddan ibarətdir. Bu kitabxana öz fondunu daim genişləndirdiyindən Universitetin bütün tədris bölmələri müvafiq ədəbiyyatlarla təchiz edilir və oxucularını istənilən elm sahəsində kitablarla təmin edir. Fonda daxildir:

  • Dərsliklər
  • İctimai-siyasi ədəbiyyat
  • Elmi ədəbiyyat
  • Bədii ədəbiyyat
  • Xarici ədəbiyyat
  • Dövri-mətbuat nəşrləri
  • Elektron kitabxanası