Yer səthinin dörddə — üç hissəsi okeanlarla örtülmüşdür. Əgər yerdə olan bütün suyu 100 nəhəng çənə töksək, onlardan 97-ci okean suyu ilə dolacaqdır.Yer kürəsinin səthində okean və dənizlərin əmələ gətirdiyi kəsilməz su mühiti Dünya okeanı adlanır[1].
Yerdə dörd okean var. Onlardan ən böyüyü və dərini Sakit okeandır. Böyüklüyünə görə ikincisi Atlantik okeanıdır, o, Sakit okeandan iki dəfə kiçikdir. Hind okeanı Atlantik okeanından kiçik olsa da, ondan xeyli dərindir. Şimal Buzlu okean ən kiçik və ən dayaz okeandır. Okeanlar həmişə hərəkətdədirlər. Küləklər onların üstündə dalğalar əmələ gətirirlər, okeanların bir qədər dərinliyində isə yeraltı çaylar kimi daim axan cərəyanlar ( soyuq və Qolfstrim kimi isti ) mövcuddur. Bundan başqa, okeanların səthi daim qalxır və enir, bu isə qabarma və çəkilmələrin yaranmasına səbəb olur. Qütb suları qışda donur və bu zaman okeanların səthində nəhəng buz dağları — aysberqlər əmələ gəlir. Aysberqlər okean boyu axınla hərəkət edərək yüzlərlə kilometr yol gedir.
Dənizlərin və okeanların duzlu suları yer səthinin 71 faizini əhatə edir.
Günəş şüalarının təsiri altında su buxarlanır və okean suyun bir hissəsini daim itirir, amma həmin suyun çox hissəsi yağış şəklində geri qayıdır. Yağış suyu yerdəki duzları və mineralları özünə çəkərək onları okeanlara aparır. Əgər hündürlüyü və eni bir kilometr olan xəyali bir çəni dəniz suyu ilə doldursaq, onda dörd milyon ton ərimiş maqnezium olacaqdır. Həqiqətən də aviasiya detallarının , atəş fəşanlıq maddələrinin, foto və elektrik batareyalarının hazırlanmasında lazım olan maqneziumun böyük hissəsi okean suyundan hasil olunur.
Yerin səhti bir neçə plitədən — nəhəng, möhkəm daş təbəqələrdən ibarətdir. Bu plitələr yeraltı maqma təbəqəsinin — yerin nüvəsinin istisindən ərimiş daşların üstündə yerləşirlər və yavaş- yavaş hərəkət edirlər. Okean dibinin relyefi daim dəyişilir. Burada yeraltı dağlar, dərələr və vadilər daim yaranır və dağılır.
Atoll vulkanik ada ətrafında əmələ gələn mərcan riflərinin əmələ gəlməsi ilə başlayır. Ada okeana qərq olduqca rif genişlənir. Zaman keçdikcə ada tamam suyun altına gedir və ondan ancag laqunanı əhatə edən atoll qalır.
Okean dibinin landşaftı yerin land şaftına çox bənzəyir. Burada da yer səthində olduğu kimi həm dağlar və vadilər, alçaq dağlar və vulkanlar, həm də düzənliklər və təpəliklər var. Adətən, okeanın dibi sahil ( kon tinental ) selfindən başlayır. Şelfdən sonra gələn yamac lap dərinliklərə qədər enərək sualtı yaylalara, təpələrə, alçaq dağlara və vadilərlə bölünmüş dərin yarıqlara çatır. Okean çökəklikləri məhz belə yarıqlara aiddir.
Okean saysız — hesabsız canlılar üçün yaşayış məskənidir. Günəş şüalarının düşdüyü və dərinliyi 100 metr olan suyun yuxarı təbəqəsi sıx "məskunlaşmış" yerdir. Suyun sothine yaxın üzən xırda bitkilər yosunlar deniz suyunda həll olun muş mineral duzlarla qidalanırlar. Əksəriyyəti birhüceyrəli olan bu yosunlarla balıqlar qidalanı . Belə xırda yosunlar ( fitoplankton ) və bir hüceyrəli orqanizmlər ( zooplankton ) bir çox dəniz sakinlərinin qidasını təşkil edir və onların ümumi adı planktondur. Ümumiyyətlə bütün dəniz heyvanlarının həyatı plank tondan asılıdır — baziləri planktonun özü ilə, digərləri ise onunla qidala nanlarla qidalanırlar. Belə bir qida zənciri əmələ gelir: fitoplanktonla zooplanktonu emelə getirən orqa nizmlər qidalanırlar, zooplanktonla xırda balıqlar, xirda balıqlarla — iri balıqlar və akula kimi dəniz yırtıcıları qidalanırlar.
Dərinliyi 10.000 metrə çatan okean çökəklikləri ilk dəfə xüsusi olaraq bu məqsədlə yaradılmış cihazla — batiskafla tədqiq olunmuşdur. Hazırda bu işlər üçün batiskafların yeni nəslindən — kiçik sualtı gəmilərdən istifadə olunur, belə gəmilər dəniz dibinin geologiyasını öyrənməyə və batmış gəmiləri axtarmağa imkan verir. Məhz belə sualtı gəminin köməyi ilə Atlantik okeanında batmış məşhur sərnişin layneri " Titanik " tapıldı. Okeanda olan ən dərin çökəklik Quam adasının yaxınlığında Sakit okeanın dibindən keçən Marian çökəkliyidir. O , sürətlə hərəkət edən Sakit okean plitəsinin yavaş hərəkət edən Filippin adaları plitəsi ilə rastlaşdığı yerdə əmələ gəlmişdir. Marian çökəkliyinin ən dərin nöqtəsi olan Çellencer — Poynt 1984-ci ildə xüsusi həssas exolot ( radioimpulslar göndərən və onların okean dibində əks olunması əsasında dəniz dibinin " xəritəsini " çəkən cihaz ) ilə təchiz edilmiş yapon elmi gəmisi tərəfindən ölçülmüşdür. Belə ölçmələrdən sonra aydın olmuşdur ki, belə çökəklikdə dünyanın yerüstü ən yüksək zirvəsini asanlıqla gizlətmək olar, axı ən yüksək dağ olan Everestin yerdən hündürlüyü 8854 metrdir, Marian çökəkliyi isə okeanın 10 924 metr dərinliyindədir.
Bu məqalə qaralama halındadır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. Əgər mümkündürsə, daha dəqiq bir şablondan istifadə edin. |