Okratoksinlər

Okratoksinlər — Aspergillus və Penicillium cinsli göbələklərin bəzi növləri tərəfindən əmələ gətirilən toksinlərdirlər . Ən geniş yayılmış və daha çox toksik təsirlisi Okratoksin A — dır . Okratoksin B və C isə nisbətən az toksigenliyə malikdirlər . Okratoksin zəhərlənməsi insanlarda Balkan Endemik Nefropatiyası kimi tanınan xronik böyrək xəstəliyinə səbəb olur . Həmçinin bu toksinin kanserogenik təsiri də müəyyənləşdirilmişdir . Okratoksinlər əsasən üzüm , kofe , qoz ağacları və digər növlü məhsullları yoluxdururlar .Penicillium verrucosum əsasən taxılllarda okratoksin əmələ gətirən göbələklərdən biridir . Üzüm və onun kimi digər məhsulllar isə əsasən Aspergillus carbonarius un sintez etdiyi okratoksinlərlə kirlənir . Ümumiyyətlə əksər Aspergillus növləri cofelərdə okratoksinlə kirlənmə yaradır ki , buraya da Aspergillusun əsasən Aspergillus ochraceus , Aspergillus carbonarius və Aspergillus niger növləri daxildir .