Bu məqaləni vikiləşdirmək lazımdır. |
Oksipropion turşuları — birəsaslı ikiatomlu oksiturşuların nümayəndələridi. α-oksipropion turşusu CH3-CHOH-COOH və β-oksipropion turşusu CH2OH-CH2-COOH adı ilə iki oksipropion turşusu məlumdur. Bunlardan birincisinə etiliden-süd turşusu, ikincisinə isə etilen-süd turşusu da deyilir. Sadəcə süd turşusu dedikdə birinci nəzərdə tutulur.
α-oksipropion turşusu və ya süd turşusunun bir asimmetrik karbon atomu olduğu üçün onun sağ (+) və sol (-) süd turşuları kimi iki optik-fəal izomeri və bir qeyri-fəal rasemik (r) forması vardır. Bu üç süd turşusundan sağ süd turşusu və rasemik süd turşusu təbiətdə rast gəlinir. Sol süd turşusunu isə rasemik süd turşusundan alırlar. Bu üç süd turşusundan praktik cəhətdən ən əhəmiyyətlisi rasemik süd turşusudur.
Rasemik süd turşusunu süd şəkərini, üzüm şəkərini və başqa şəkər məhlullarını xüsusi bakteriyalar vasitəsilə qıcqırtmaqla alırlar. Bu zaman qıcqırma mayesina müəyyən qədər təbaşir tozu da əlavə olunmalıdır, çünki süd turşusu bakteriyalara zəhər kimi təsir edir və onları tələf edir. Bu səbəbdən qıcqırma prosesi çox davam edə bilmir, əlavə olan təbaşir isə süd turşusunu neytrallaşdırır və onu kalsium duzuna (kalsium-laktat) çevrilir. Süd turşusunun kalsiumduzu isə qıcqırma bakteriyalarına təsir etmir. Nəticədə qıcqırma davamlı olur. Alınan kalsium-laktatı süd turşusuna çevirmək çətin deyil. Texnikada işlənən süd turşusunu bu üsulla alırlar. Rasemik süd turşusu qatı maye olub 18oC-də əriyir, 122oC-də qaynayır, suda həll olur. Qatıqda, pendirdə, şərabda və bir çox turşumuş meyvə və göyərtilərdə rast gəlinir. Bu turşu texnikada boyaçılıq işlərində, dəri aşılamasında, limonad, essensiyalar, silos hazırlanmasında, təbabətdə və başqa yerlərdə işlədilir.
Sol süd turşusu, sağ süd turşusunun xassələrinə malik olub, polyarizasiyalanmış işıq müstəvisini sola fırladır. Sol süd turşusu təbiətdə tapılmır. Onu ya rasemik süd turşusundan, ya da şəkərli maddələrin xüsusi bakteriyalarla qıcqırdılması ilə alırlar.
Sağ süd turşusu əzələlərdə, xüsusən fiziki iş nəticəsindəçox əmələ gəlir. Ona görədə buna bəzən ət-süd turşusu adı da verirlər. Bu turşunu rasemik süd turşusunu parçalamaqla alırlar. Sağ süd turşusu 26oC-də əriyir, havada asan sulanır və mayeləşir, onun 10%-li məhlulu poliyarizasiya olunmuş işıq müstəvisini 3,82o sağa fırladır.