Oktava

Oktava (lat. səkkizinci) — Qammanın səkkizinci pilləsi, habelə müxtəlif yüksəklikdə olan ən yaxın eyniadlı səslər arasındakı interval.

Sözün mənşəyi fransızca "səkkizlik" mənasını verən oktava sözündən götürülmüşdür. Fransız sözü "səkkizinci" mənasını verən latın octavus sözündəndir. Bu söz latın octo "səkkiz" sözündən götürülmüşdür. Oktava sözü səkkiz səsin birləşməsindən əmələ gələn səslər silsiləsi mənasını daşıyır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]