Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 1 saniyə əvvəl Sura Shukurlu (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Babayev Oktay Kərəm oğlu 1934-cü ildə yanvar ayının 12-də Gədəbəy rayonunun Arıxdam kəndində anadan olmuşdur. Atası İkinci Dünya müharibəsi cəbhələrində həlak olduğundan əmisi Həmid Hacıyevin himayəsində böyümüşdür. Oktay Babayev 1954-cü ildə Gədəbəy orta məktəbini, 1959-cu ildə isə Gəncədə, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Kənd Təsərrüfatı Akademiyasının) aqronomluq fakültəsini bitirmişdir. 1965-ci ildə Azərbaycan EA Genetika və Seleksiya İnstitununun aspiranturasını bitirən Oktay Babayev 1967-ci ildə müvəffəqiyyətlə dissertasiya müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsi adını almışdır. 1959-cu ildə Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun Sabirabad Təcrübə Stansiyasında, Professor R.Rzazadənin şöbəsində elmi işçi kimi fəaliyyətə başlayır. Professorla birlikdə Muğan zonasını qarış-qarış gəzərək onun bitki örtüyünü dərindən öyrənmiş və heyvandarlığın yem bazasının artırılması üçün 1961-ci ildə ilk dəfə olaraq, «Muğan zonasında topinanburun (yerarmudunun) aqrotexnikasına dair» və «Muğandan qızıl sarmaşığın növləri və onlarla mübarizə tədbirləri» adlı elmi məqalələr dərc etdirmişdir. 1960-1962-ci illərdə Azərbaycan EA-nın Torpaq ekspedisiyasında torpaqşünas-mühəndis, baş mühəndis, daha sonra isə Genetika və Seleksiya İnstitutunda Akademik Ə.Quliyevin rəhbərliyi altında kiçik və baş elmi işçi işləmiş, 1972-ci ildən akademik İmam Mustafayevin göstərişi ilə Qarabağ Elmi-Tədqiqat bazasına direktor vəzifəsinə göndərilmişdir. 1976-1983-cü illərdə Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Toxum Müfəttişliyinin rəisi işləmiş, 1983-1996-cı illər Nazirliyin Əkinçilik və İpəkçilik idarəsində ixtisasına uyğun işlərdə fəaliyyətini davam etdirmiş, 1996-cı ildən Dövlət Toxum Müfəttişliyində baş aqranom kimi fəaliyyətini davam etdirmişdir. 1999-cu ildən isə yenidən həmin müfəttişliyin rəisidir. Bu sahədə çox sayılı elmi məqalələrin, tövsiyələrin, bir ixtiranın və standartların müəllifidir. Taxıl toxumçuluğu sahəsində elmi potensialı və peşəkarlığı ilə Respublikada tanınmış mütəxəsislərdən biridir. Uğurlu əmək fəaliyyətinə görə dəfələrlə yarış qalibi olmuş, rayon və qəsəbə sovetinə deputat seçilmiş, «Əməkdə fərqlənməyə görə» medalına layiq görülmüşdür. 1997-ci ildən əmək veteranıdır. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 31 oktyabr 2008-ci ildən "Əməkdar Kənd Təsərrüfatı İşçisi"dir.
Oktay Babayev | |
---|---|
Babayev Oktay Kərəm oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Azərbaycan SSR , Gədəbəy rayonu |
Milliyyəti | Azərbaycanlı |
Mükafatları | «Əməkdə fərqlənməyə görə» "Əməkdar Kənd Təsərrüfatı İşçisi" |
gedebey.info/sayt/?page_… |