Oktyabr İnqilabı adına park — Rostov-na-Donu şəhərində yerləşən parklardan biri. Şəhərin mərkəzində, Teatralnı meydanı yaxınlığında qərarlaşır. Əhali arasında əsas istirathət yerlərindən biridir.
Oktyabr İnqilabı adına park | |
---|---|
47°13′48″ şm. e. 39°44′42″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Şəhər | Rostov-na-Donu |
Yerləşir | Rostov-na-Donu |
Tikilmə tarixi | 1926 |
Sahəsi |
|
Rəsmi sayt | revolutionpark.ru |
Vikianbarda əlaqəli mediafayllar |
Park ilk dəfə 1926-cı ildə Rostov-na-Donu və Naxçıvan-na-Donu şəhərlərinin[1] arasında park zonası kimi salınmışdır. Sonrakı inkişaf mərhələsi 1928-ci ildən başlayır. Bu il Naxçıvan-na-Donu Rostov şəhərinə birləşdirilir.
Park artıq 1970-ci illərdə şəhər əhalisinin sevimli istirahat güşəsinə çevrilir. Parkda idman meydançaları, atraksionlar, uşaq istirahət yerləri, kafe və müstəüil köşklər vardır. Parkın kənarları və daxili ilə piyada yolları vardır. Burada mini-futbol, peytbol və s idman növləri ilə məşğul olmaq üçün xüsusi yerlər belə ayrılmışdır. Parkın sahəsi ümumilikdə 17 hektara çatır.[2]
Parkta çoxlu sayda heykəltaraşlıq abidələri vardır. Onlar arasında Pyotr və Fevroni heykəlləri, 56-cı Orduya həsr olunmuş Memarial abidə və Şöhrət alleyasını göstərmək olar. Parkın ən görməli yerlərindən biridə süni göldür. Burada çoxlu sayda su quşlarınl görmək olar. Misal:Flaminqo və tovuzquşu.
Park hazır ki, adını 2000-ci illərdə almışdır. Bu zaman onun genişdirilməsi və bərpası həyata keçirilmişdir. 2002-ci ildə «Şum-Qad Lend» atraksion şəhərciyi quraşdırılmışdır. 2016-cı ildə parktda bütün Rusiya ərazisində üçüncü olan «Bir səma» adını daşıyan çarx quraşdırılmışdır. Qış ayları kabinalarda istilik sistemi təmin edilir. Hər seans 12 saat davam edir.
Bu parkta müəyyən yığıncaqlar toplanılır hətta mütləvi gəzintilər təşkil edilir. Hər il parkı 1,2 mln nəfər ziyarət edir. Park yaxınlığında yerləşən Teateralnaya meydanında «Atlanta»[3] fəvvarəsi vardır. Fəvvarənin müəllifi Yevgeni Viktoroviç Vuçetiçdir.