Oktyabrsk rayonu xalq tarix-diyarşunaslıq muzeyi — Rostov vilayətinin Oktyabrsk rayonunda yerləşən diyarşunaslıq muzeyi
Oktyabrsk rayonu xalq tarix-diyarşunaslıq muzeyi | |
---|---|
rus. Народный историко-краеведческий музей Октябрьского района | |
Əsası qoyulub | 1967 |
Ölkə | |
Yerləşir | , Rusiya |
Direktor | Oksana Viktorevna Kislyakov |
Telefon | 8 (86360) 2-21-51 |
İş rejimi | 10.00 - 13.30 |
Bilet | Pulsuz |
47°40′47″ şm. e. 40°12′21″ ş. u. |
Muzeyin adresi: 346480, Rostov vilayəti, Oktyabrsk r, Kamenolomni q, Şosseynı x, ev 10-v
9 may 1967-ci ildə Kommunist Partiyası icrayə kimitəsinin və Rostov vilayəti Oktyabr rayonu rayspolkomunun səyi ilə Kamenolomni qəsəbəsində, hərbi şöhrət muzeyi təsis edilmişdir. Muzey dəmiryolçuların Mədəniyyət evində yerləşən otaqların birində yerləşirdi. Bu dövrdə muzeyə əsasən pionerlər təşlif buyururdu. İlk əvvəllər muzeyin direktoru Q. N. Suvorov olmuşdur. Suvorov muzeyə 10 il müddətində (1967-ci ildən 1977-ci ilə qədər) rəhbərlik etmişdir. O, muzeyə çoxlu sayda eksponatların daxil olmasında böyük paya sahibdir.
Sonradan qəsəbədə muzey üçün bina edilmişdir. 1978-ci ildə Q. N. Suvorovun ölümündən bina nəzarətsiz qalır. Bununla da muzey nəzarətsiz qalır. Eksponatların və sənədlərin bir qismi itirilir.
1987-ci ildə muzey yenidən fəaliyyətini bərpa edir. Onun direktoru Prisuxin Timofey Petroviç təyin edilir. Muzeyin bərpasında ona keçmiş hərbi polkovnik İ. N. Kasyanov köməklik edir. 1987-ci ilin mayında muzeyin eksponat sayı iki dəfə artmışdır. 1996-cı ildə muzey üçün yeni bina ayrılmışdır.
Hazırda muzey iki zala sığışdırılmışdır. Hərbi və əmək zalları. Burada 860 eksponat saxlanılır.
Muzeyə toplanan kolleksiyalar:
1992-ci ildı Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin göstərişi ilə muzey "Xalq muzeyi" statusu alır. Bundan sonra "Oktyabrsk rayonu xalq tarix-diyarşunaslıq muzeyi" adlandırılır.
Muzeyin öz vəssaiti ilə axtarış və gənclərin hərbi-vətənpərvərlik mövzusundə tədbirlər keçirilir.