Old Trafford

Old Traffordİngiltərənin Mançester şəhərində yerləşən və "Mançester Yunayted" klubunun ev oyunlarını oynadığı 75,643 nəfərlik tutumu ilə Böyük Britaniyada 3-cü, Avropada isə 11-ci ən böyük stadiondur.[4] Trafford şəhərinin Greater Mançester səmtində yerləşmişdir. Ser Bobbi Çarlton tərəfindən bu stadiona "Xəyalların Teatrı" ləqəbi verilmişdir.[5] 1910-cu ildən bəri "Mançester Yunayted"in stadionudur. Amma İkinci dünya müharibəsi zamanı stadionun bombalanması səbəbiylə 1941-ci ildə 1949-a qədər "Mançester Yunayted" matçlarını "Mançester Siti" ilə birgə "Maine Road"da oynamaq məcburiyyətində qalmışdır.

Old Trafford
Xəritə
Yeri Trafford, Mançester, İngiltərə
Təməli qoyulub 1909
Açılış tarixi 19 fevral 1910
Memar Arşibald Litç (1909)
Sahibi Mançester Yunayted
Tamaşaçı tutumu 75,643[1][2]
Ev sahibi komanda Mançester Yunayted
Meydançanın ölçüləri 105 x 68 m[3]
Ot örtüyü Desso GrassMaster
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Old Traffordun önü
Old Trafford'dan bir görüntü

Stadiona ən çox azarkeş 1939-cu ildə FA kubokunun Vulverhempton Vonderers və Qrimsbi Taun klubları arasında keçirilən yarım-final oyununda qeydə alınmışdır ki, həmin oyunda stadiona 76,962 nəfər gəlmişdir. Gələcəkdə stadionun Cənub istiqamətində olan hissəsinə ikinci yarus əlavə olunaraq tutumun 95,000 nəfərə çatdırılması planlaşdırılır.[6]

Old Trafford indiyə qədər FA kubokunun yarım-final oyunlarına, İngiltərə çempionatının oyunlarına, 1966-cı ildə Dünya, 1996-cı ildə Avropa çempionatının bir sıra oyunlarına, 2003-cü il Çempionlar Liqasının finalına, həmçinin 2 dəfə reqbi üzrə Dünya Kubokunun final oyunlarına ev sahibliyi etmişdir.

Old Trafforda ən çox tamaşaçı 25 mart 1939-cu ildə Vulverhempton Vonderers və Qrimsbi Taun komandaları arasında baş tutan FA kuboku yarım final matçında qeydə alınmışdır. Old Traffordda 31 mart 2007-ci il tarixində baş tutan Mançester Yunayted - Blekburn Rovers qarşılaşmasında isə 76,098 tamaşaçı qeydə alınmışdır və bu rəqəm İngiltərə Premyer Liqasında rekord hesab olunur. Old Trafforda qeyri-rəsmi oyun zamanı qeydə alınan rekord isə 5 avqust 2011-ci il tarixində Mançester Yunayted və Nyu-York Kosmos klubları arasında baş tutan qarşılaşma zamanı olmuşdur.[7] Bu zaman stadiondan oyunu 74,731 nəfər tamaşaçı izləmişdir. İkinci dünya müharibəsindən sonra ən az tamaşaçı isə 29 aprel 1950-ci ildə Mançester Yunaytedin Fulhemi 3-0 hesabı ilə məğlub etdiyi qarşılaşmada qeydə alınmışdır. Həmin matç zamanı stadionda 11,968 tamaşaçı olmuşdur.[8]

Old Traffordda bir sezonda qeydə alınmış ortalama tamaşaçı sayına görə rekord isə 2006-07 sezonunda qeydə alınmışdır (75,826).[9] Ümumi sayına görə ən çox tamaşaçının stadiona gəldiyi sezon isə 2008-09 sezonu olmuşdur. Həmin sezon Old Trafforda ümumilikdə 2,197,429 nəfər gəlmişdir.[10]

  1. "Old Trafford. Manchester United" (ingilis). Premier League. 2022-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-26.
  2. Morgan, Steve (March 2010). McLeish, Ian. ed. "Design for life". Inside United (Haymarket Network) (212): 44–48. ISSN 1749-6497.
  3. "Manchester United - Stadium" (PDF). premierleague.com. Premier League. 2014-08-20 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 26 avqust 2017.
  4. "Manchester Sightseeing Bus Tours". 2015-07-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 avqust 2017.
  5. Barnes et al., p. 45
  6. "Old Trafford 1909-2006. Manutdzone.com". 2008-02-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-26.
  7. Marshall, Adam. "United 6 New York Cosmos 0". ManUtd.com. Manchester United. 5 avqust 2011. 2011-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 avqust 2017.
  8. "Season 1949/50 – Matches and Teamsheets". StretfordEnd.co.uk. 2017-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 avqust 2017.
  9. "Season 2006/07 – Season Summary". StretfordEnd.co.uk. 2018-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 avqust 2017.
  10. "Season 2008/09 – Season Summary". StretfordEnd.co.uk. 2012-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 avqust 2017.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]