Oleq Pavlenko

Oleq PavlenkoSSRİ, RusiyaAzərbaycan şahmatçısı,[1] FİDE ustası.[2] Məşqçi. SSRİ idman ustası (1966). Gənclər arasında SSRİ çempionu (1961). SSRİ çempionatının iştirakçısı (1967).[3]

Oleq Pavlenko
Ölkə SSRİ SSRİ
Rusiya Rusiya
Azərbaycan Azərbaycan
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi
Titulu
  • FİDE ustası[d]
Mükafatları

Oleq Timofeeviç Pavlenko 1942-ci ildə Bakı şəhərində anadan olub.

Gənc yaşlarında şahmata olan marağı onu tezliklə idmanın bu növü ilə yaxından məşğul olmağa məcbur edib.

1959-cu ildən 1975-ci ilə qədər Oleq Pavlenko Azərbaycan milli komandasının şərəfini SSRİ xalqlar spartakiadasında qoruyub.

1960-cı ildə SSRİ-Yunanıstan dostluq matçında gənclərdən ibarət komandada SSRİ-ni təmsil edib. Veteranlar arasında keçirilən Azərbaycan çempionatının mükafatçısı olub.

O, ömrünün son 20 ilini Azərbaycanda istedadlı şahmatçıların üzə çıxmasına sərf edib. Onun məşqçi-müəllim kimi çoxsaylı istedadlı şahmatçıların inkişafında böyük əməyi olub.

Azərbaycanın veteran şahmatçısı Oleq Pavlenko 2010-cu ilin sentyabr ayında 68 yaşında vəfat edib.[4]

  1. "FIDE rating history: Pavlenko, Oleg". OlimpBase. 2023-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 dekabr 2023.
  2. "Шахматисты почтили память мастера ФИДЕ Олега Павленко" (rus). Azertag.az.
  3. "Павленко Олег Тимофеевич" (rus). Sport-strana.ru. 27 yanvar 2023 tarixində arxivləşdirilib.
  4. "Azərbaycanın veteran şahmatçısı vəfat edib" (az.). Lent.az. 2010-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-09-16.