Oleq İvanoviç Romantsev(rus. Олег Иванович Романцев;4 yanvar 1954[1], Qavrilovskoye[d], Ryazan vilayəti) — meydanda müdafiəçi rolunda çıxış etmiş SSRİ futbolçusudur. Daha sonra məşqçi kimi öz fəaliyyətini davam etdirmişdir. Postsovet məkanında ən çox çempionluq yaşayan baş məşqçilərin siyahısında yer alır.[2] Bir neçə dəfə dövlət mükafatları ilə təltif olunub. Daha çox Yenisey və Spartak Moskva futbol komandalarındakı oyunları ilə tanınır. SSRİ milli komandası tərkibində 1980 Yay Olimpiya Oyunlarında bürünc medala layiq görülüb.[3]
Oleq Romantsev | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 4 yanvar 1954[1] (70 yaş) |
Doğum yeri |
|
Vətəndaşlığı | |
Boyu | 178 sm |
Çəkisi | 73 kq |
Mövqeyi | mərkəz müdafiəçisi[d], müdafiəçi |
Vikianbarda əlaqəli mediafayllar |
Oleq İvanoviç Romantsev 4 yanvar 1954-cü ildə Ryazan vilayətinin Spasski rayonunun Qavrilovskoye kəndində dünyaya gəlib.[3] Özünün dediyinə görə, futbolla məşğul olmaq ona cinayətə meyllərdən kənar durmağa imkan verdi.[4] Bundan əlavə o, basketbolla peşəkar şəkildə məşğul olub.[5]
Oleq "Metallurq" uşaq komandasının tərkibində futbol oynamağa başladı. Oleq "Metallurq"un uşaq, yeniyetmə və böyüklər komandalarında oynayıb. Daha sonra "Avtomobilist"(indiki Yenisey) komandasına keçdi. Rəqibləri onun hələ bu cür matçlara hazır olmadığını düşünürdülər[6].
Məktəbi bitirdikdən sonra Romantsev gələcək karyerasını futbolla bağlayacağına əmin olmur və futbolun pul qazana biləcəyinə inanmayıb Krasnoyarsk Pedaqoji İnstitutuna[rus.] daxil olur.
Romantsev "Avtomobilist"in əsas heyətində ilk oyununu 29 iyul 1971-ci ildə Tselinoqrad "Dinamo"su ilə keçirib.[5]
1976-cı ildə Moskvanın Spartak komandası yoldaşlıq görüşü üçün Krasnoyarska gəldi. Gənc müdafiəçi məşqçilərin diqqətini çəkdi və onu komandalarına dəvət etdilər.
Oleq SSRİ yığma komandasının tərkibində yalnız 9 matça çıxıb. İlk matçı 1980-ci ilin 26 martına təsadüf edib.[5] Komanda tərkibində sonuncu oyunu isə 5 may 1982-ci il tarixində ADR yığması[rus.] ilə olub.[7]
Romanstev öz məşqçi karyerasına Presnya[rus.] klubu ilə başlayıb. 1988-ci ildə Alaniya futbol komandası vəzifəsinə sahiblənib.[8] 1994-cü il iyulun 28-də Rusiya Futbol İttifaqının icraiyyə komitəsinin iclasında Rusiya millisindəki işinin öhdəsindən gələ bilməyən və dünya çempionatının qrup mərhələsini adlaya bilməyən Pavel Sadırinin[rus.] istefaya göndərilməsi qərara alındı. Bundan sonra Oleq yığma komandanın baş məşqçisi oldu.[9]
Həyat yoldaşı — Natalya İvanovna[8]. İki oğlu var — Vadim (d. 1977) və Valentin (d. 1982)[5].
Bürünc: Olimpiya oyunları,1980[10]