«Olipm-2» stadionu — Rostov-na-Donu şəhərində yerləşən, Rostov FK ev oyunlarını keçirdiri station. Bu stadion 1930-cu ildə Rostselmaş zavodunun idman kompleksi olaraq inşa edilmişdir.
Olimp-2 | |
---|---|
47°14′34″ şm. e. 39°45′39″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Region | Rusiya |
Şəhər | Rostov-na-Donu |
Tikilmə tarixi | 1930 |
Vikianbarda əlaqəli mediafayllar |
«Rostselmaş» zavod stadionu 1930-cu illərdə inşa edilmişdir. 1958—1970 illər ərzində stationda öz oyunlarını SKA klubu keçirirdi. 1950-ci illərdə station SSRİ ərazisində sahəsinə görə doqquzuncu olmuşdur. 1950-ci illərdə stadionun iki pilləli tribunası sayəsində tutumu 32 000 idi.
2000-ci ildə qərb tribunası genişləndirilir. 2009-cu ildə isə cənub tribumasının tikintisinə icazə verilmir.[1]. 2010-cu ildə stadionda yeni video tablo quraşdırılmışdır.
2016-cı il məlumatına görə dörd tribuna müxyəlif şəxslətin mülkiyyətindədir[2].
2018-ci il Dünya çempionatı zamanı stadion məşqlər məqsədi ilə istifadə ediləcəkdir[3].
2005-ci ildə «Rostov» FK tabak şirkətinin rəhbəri olan İvan İqnateviç Savvidi tərəfindən satın alınır. Bundan sonra stadionun adı «Olimp-2» olaraq dəyişdirilir[4].
16 may 2010-ci ildə Rusiya kubokunun finalı keçirilmişdir. Bu Rusiya tarixində Moskvadan kənarda baş tutmuş ilk final olmuşdur[5].