Olimpiko Regional Arnaldo Busatto stadionu

Olimpiko Regional Arnaldo Busatto stadionu — Digər adı olan Ninyo das Kobras (mənası İlan yuvası) tanınan, Braziliyanın Parana ştatının Kaskavel şəhərində yerləşən stadiondur. Stadion hal-hazırda futbol oyunlarının keçirilməsi üçün istifadə olunur. Kaskavel FK, Kaskavel İdman Klubu və Kaskavel Rekreativo FK öz ev oyunlarını bu stadionda keçirir. Stadionun tamaşaçı tutumu 28125 nəfərə bərabərdir və 1982-ci ildə inşa edilmişdir.[1]

Ninyo das Kobras
Xəritə
Tam adı Olimpiko Regional Arnaldo Busatto stadionu
Yeri Kaskavel, Parana (ştat)
Açılış tarixi 1982 10 noyabr
Sahibi Kaskavel Siti Holl
Tamaşaçı tutumu 28125
Ev sahibi komanda "Kaskavek Futbol Klubu"
Ot örtüyü təbii ot
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Stadionun sahibi Kaskavel Siti Holl şirkətidir. Stadion alderman (Portuqal dilində vereador), dövlət müavini və federal müavin olan Arnaldo Busattonun adını daşıyır.

1982-ci ildə stadionundakı işlər başa çatdırılmışdır. Stadionda ilk oyun həmin ilin 10 noyabr tarixində baş tutmuşdur. Həmin oyunda San-Paulu klubu Kaskaveli 1-0 hesabı ilə məğlub etmişdir. Stadionda ilk qolu isə San-Pauludan Paulo Sesar vurmuşdur. Stadionda tamaşaçı rekordu 35000 nəfərə bərabərdir ki, bu rekord da ilk oyunda qeydə alınmışdır.

  1. "CNEF - Cadastro Nacional de Estádios de Futebol" (PDF) (Portuguese). Confederação Brasileira de Futebol. October 14, 2009 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: May 7, 2011. (#invalid_param_val)
  • Enciclopédia do Futebol Brasileiro, Volume 2 - Lance, Rio de Janeiro: Aretê Editorial S/A, 2001.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]