Olimpiya Muzeyi

Olimpiya Muzeyi- Bakı, Nərimanov, Olimpiya 5 ünvanında yerləşir.[2]

Olimpiya muzeyi
Əsası qoyulub 2001
Mövzu Mədəniyyət və incəsənət
Yerləşir Azərbaycan, Bakı
Olimpiya küç. 5, AZ1110[1]
Telefon (99412) 465-13-23
noc-aze.org/az/

2001-ci il martın 27-də Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin baş inzibati binasında yerləşən Olimpiya muzeyinin açılışı olmuşdur.

Eksponatların bir hissəsi, üzərində olimpiya rəmzləri olan müxtəlif suvenirlər, xalçalar, saatlar, vımpellər və s. bəxşişlərdən ibarətdir. Burada Azər-baycanın adlı-sanlı idmançılarının Olimpiya Oyunlarında, Dünya və Avropa çempiona-tlarmda qazandıqları medallar, fəxri fərmanlar, diplomlar, kuboklar muzeyin ən qiymətli eksponatları kimi qorunub saxlanılır.Ekspozisiyadakı idman mövzulu qrafika, yağlı boya ilə işlənmiş əsərlər və heykəltaraşlıq işləri muzeyi daha da zənginləşdirir. MOK-un nəşr etdiyi aylıq "Olimpiya" jurnalı, həftəlik "Olimpiya dünyası" qəzetinin bütün nüsxələri Azərbaycan Olimpiya Hərəkatının güzgüsü kimi muzeydə saxlanılır. Muzeyimizdə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roq, Avropa Olimpiya Komitəsinin prezidenti Mario Peskante, AOK-un texniki əməkdaşlıq Komissiyasmm sədri xanım Ovinilla Limberq, Dünya və Avropa idman federasiyalarmm prezidentləri və digər mötəbər şəxslər olmuşdular.

  1. "Milli Olimpiya Muzeyi". kataloq.gomap.az. 4 March 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 mar 2024.
  2. "OLİMPİYA MUZEYİ". 2017-09-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-25.