Oliqotrof bataqlıq (yun. oligos-az miqdarda, cüzi və trophe-qida)-əsasən atmosfer çöküntüləri ilə qidalanan yuxarı (üst) bataqlıqlara deyilir. Oliqotrof bataqlıq qida maddələrindən kasıb olub, üst layında 4%-dən azdır (kül maddələri). Oliqotrof bataqlıqlar rütubətli iqlim sahələrində, başlıca olaraq suayrıcılarda yayılmışdır.[1]