Doymamış yağ olan Omeqa 3 (linolenik) qoz, balıq, bütün yaşıl yarpaqlı bitkilərin tərkibində mövcuddur və insan üçün əsas yağlardan biridir.
Orqanizm bu yağı istehsal etmədiyi üçün qidalanma yolu ilə qəbul edilməsi lazımdır. Normal qidalanmada ən idealı həftədə 2 və ya 3 dəfə balıq, zeytun yağı, bol-bol qoz və əncir yeməkdir.
Tədqiqatçılar Omeqa 3 yağ asidinin hüceyrə pərdəsinə keçərək metabolizmaya təsir etdiyini müəyyənləşdirmişlər. Orqanizm üçün vacib olan Omeqa 6 və Omeqa 3 yağları müvazinətli şəkildə qəbul edilməsinin faydaları aşağıdakı kimi göstərilir: ‘’Yaşlanmağı gecıkdirir, dərini gözəlləşdirir. Şaça parlaqlıq verir və qırışıqlıqları azaldır. Həmçinin əgər ana hamiləlikdə və əmizdirmə müddətində kifayət miqdarda Omeqa 3 alırsa, körpənin beyni və görmə bacarığı inkişaf edir. Həftədə ən az 3 dəfə balıq yediymiz vaxt ağıl və zehin sağlamlığı daha yaxşı olur. Şizofreniya, depressiya kimi xəstəliklər az müşahidə edilir.