Omulyax körfəzi — Şərqi Sibir dənizinin şərqində yerləşən körfəz. Xrom Oxu və Merkuşin Oxu yarımadası arasında yerləşir. Materik daxilinə 91 km məsafədə daxil olur. Eni isə 4 km-dir. Sahillərində tundra bitkiləri yayılmışdır. Əsasən hamardır. Bəzi hissələrdə isə hündürlük 30 metrə çatır. Körfəzə Kyuenityax, San-Yuryax, Kustuktax, Merkuşina çayları tökülür. Semdolqen qolu ilə Zapadnı körfəzi birləşir[1][2]. Körfəz ətrafı bataqlıqlaşmışdır. Körfəzdən şimalda yerləşən göllər: Maloye Merkuşin gölü və Bolşoye Merkuşin gölü. İlin böyük qismi körfəz buzla örtülü olur.
Omulyax körfəzi | |
---|---|
rus. Омуляхская губа | |
Ümumi məlumatlar | |
Tip | Körfəz |
Yerləşməsi | |
71°47′ şm. e. 145°33′ ş. u. | |
Ölkə | Rusiya |
Akvatoriyası | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
İnzibati cəhətdən Rusiya Federasiyası Saxa Respublikası ərazisinə daxildir.