Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 11 saat əvvəl Samral (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
On dördüncü adam — Elxan Elatlının 2015-ci ildə nəşr olunan romanı.[1]
On dördüncü adam | |
---|---|
| |
Müəllif | Elxan Elatlı |
Janr | Dedektiv |
Orijinalın dili | azərbaycanca |
Ölkələr | Azərbaycan |
Orijinalın nəşr ili | 2015 |
Nəşriyyat | Teas Press |
Cild | Yumşaq üz qabığı |
Səhifə | 332 |
ISBN | 9789952520798 |
"On dördüncü adam" romanı bir insanın gəncliyində buraxdığı səhv ucbatından yaşadığı faciəli həyatdan bəhs edir. Roman detektiv süjet üzərində qurulsa da burada Tanrıya münasibət, insanın öz taleyində daşıdığı rol və məhəbbət mövzuları ön plana çəkilib. Evin yeganə oğul övladı olan gənc böyük arzularla Bakıya ali təhsil almağa gəlir. Bir neçə ildən sonra anlayır ki, ömrünün ən gözəl çağlarını yaşayan əksər tələbələr kimi onun da sevib-sevilməyə ehtiyacı var. Amma universitetdə yüzlərlə gözəl qızın arasında olan bu gənc öz taleyinin qismətini qəribə üsulla seçməyə qərar verir, həyatını qumara qoyur. O ümidlə ki, tale qismətinə də elə ilk baxışdan vurulduğu həmin o qızı çıxaracaq.
Amma tale onunla amansız oyun oynayır. Həyat eşqi aşıb-daşan, gələcək xoşbəxtliyinin xəyallarını quran gəncin qarşısına sonradan evlənməyə, az sonra isə boğub öldürməyə məcbur olacağı qızı çıxarır. Bu qadın onu qatilə, qumarbaza, bədbəxt bir adama çevirir.