Bu məqaləni vikiləşdirmək lazımdır. |
Onaltılıq sayı sistemi (en. hexadecimal) — (yunanca "hex" – "altı" və latınca "decem" – "on") 0-dan 9-dək rəqəmlərdən və A-dan (onluq 10 ədədinin ekvivalenti) F-dək (15 ədədinin ekvivalenti) baş hərflərdən təşkil olunmuş, əsası 16 olan say sistemi. İkilik ədədləri yığcam göstərmək üçün proqramlaşdırmada tez-tez onaltılıq ədədlərdən istifadə olunur. Onaltılıq ədədlər xüsusən ona görə yaxşıdır ki, onlar kompüterin yaddaşının və yaddasaxlama qurğularının ibarət olduqları 8-bitli baytlara tam yazılır. Bu sistemin 16 rəqəmindən hər biri dörd bitlə göstərilə bildiyindən, bir baytda aşağıda göstərildiyi kimi düz iki rəqəm vermək olar (onaltılıq 53 onluq 83-ə bərabərdir):
Beləliklə, yaddaşın bir baytında 256 müxtəlif onaltılıq ədəddən (0-dan FF-dək) istənilən ədədi saxlamaq olar. Onaltılıq ədədlər onluq ədədlər kimi, ancaq yetərincə yavaş "böyüyürlər", çünki onlar 10-un qüvvətlərindən deyil, 16-nın qüvvətlərindən düzəlir. Məsələn:
Eyni zamanda:
Onaltılıq ədədləri onluq ədədlərlə qarışdırmamaq üçün onların sonuna "h" hərfi və ya önünə "&", "$" və ya "0x" önlükləri artırılır. Məsələn, 10h ədədi onluq 16 ədədinin onaltılıq ekvivalentidir.