Onderdalen Milli Parkı

Onderdalen Milli Parkı (norv. Ånderdalen nasjonalpark) — Norveçin Troms vilayətində yerləşən milli park. Milli park krallıq qərarı ilə 6 fevral 1970-ci ildə qurulmuş, 2004-cü ildə genişlətdirilmişdir.

Onderdalen Milli Parkı
norv. Ånderdalen nasjonalpark
23 nömrə Onderdalen Milli Parkıdır.
23 nömrə Onderdalen Milli Parkıdır.
BTMB kateqoriyası — II (Milli park)
Sahəsi 125 km2 ha
Yaradılma tarixi 6 fevral 1970
İdarəetmə orqanı Norveç Təbiət İdarəetmə Müdirliyi
Dağlar Kaperfyellet və Tverfyellet təpələri
Yerləşməsi
69°12′00″ şm. e. 17°16′00″ ş. u.
Ölkə  Norveç
Vilayət Troms
Rayon Trosken, Tranoy
Yaxın şəhər Harstad
Onderdalen Milli Parkı xəritədə
Onderdalen Milli Parkı
Onderdalen Milli Parkı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafiya[redaktə | mənbəni redaktə et]

Onderdalen Senjanın cənubunda yerləşir. Kəskin kənarlı dağlar, göllər, çaylar, bataqlıqlar və meşə ilə örtülmüşdür.[1][2] Böyük və qədim Lodqepole şam meşələri milli parkın qurulması üçün böyük səbəb olmuşdur. Parkdakı bəzi ağacların yaşı 500 ildir.

Parkdakı ağacların hündürlüyü olduqca yüksəkdir.

Parkın şimalında Kaperfyellet və Tverfyellet təpələri yerləşir.

Biologiya[redaktə | mənbəni redaktə et]

Park şimal maralları üçün əhəmiyyətli otlama sahəsidir. Parkda tez-tez görünən kiçik heyvanlara qırmızı tülkü, dovşan, kiçik gəmiricilər və siçanlardır. Parkdakı dağlarda Empetrum nigrum, qaragilə, söyüd, süpürgəotu kimi bitkilər yetişir. Milli parkda 90 quş növü yaşayır. Ən geniş yayılanları qaradöş qarqar, boz qaz və harayçı qu quşudur.

Çaylarda alabalıq, salvelinus alpinus ve qızılbalıqlar yaşayır.

Ən böyük məməlilər sığın, qırmızı tülkü, dovşan və su samurudur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Norwegian directorate for nature management:Ånderdalen National Park" (Norwegian). 2013-04-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-11-23.
  2. Store norske leksikon. "Ånderdalen nasjonalpark" (Norwegian). 2020-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-04-11.