Oneqa yarımadası

Oneqa yarımadası (rus. Онежский полуостров) — Rusiyanın şimal-qərbində Arxangelsk vilayətinin Primorski və Oneqa rayonları ərazisində yerləşən yarımada.

Oneqa yarımadası
Ümumi məlumatlar
Ən yüksək nöqtəsi 202 m
Yerləşməsi
64°40′00″ şm. e. 37°30′00″ ş. u.
Akvatoriya Ağ dəniz
Ölkə  Rusiya
Oneqa yarımadası xəritədə
Oneqa yarımadası
Oneqa yarımadası

Ağ dənizin cənubunda yerləşir. Ən ucqar şimal nöqtəsi Letnı Navolok qəsəbəsi yaxınlığında yerləşən burundur. Üstəlik burada Novoe Usole, Veynavolok, Qluboki, Kamennı, Çesmenski, Tonki, Letnı Orlov, Uxt-Navolok, Lopşenqski, Yarenqski Roq, Krasnoqorski Roq burunları vardır. Yarımadanın şimal-şərq sahili Letnı sahili, cənub-qərb sahili isə Oneqa sahili adlanır.

Yarımadanın yaxınlığında, Şərqi Soloveskaya Salma boğazında dərinlik 85 metrdir. Boğaz Soloveski adalarını Oneqa yarımadasından ayırır.

Yarımadanın səthi hamardır. Maksimal hündürlüyü 202 metrdir. Şimal-qərbdən cənub-şərqə doğru silsilə uzanır. Bu silsilə Oneqa silsiləsi adlanır. Şimal sahili boyunca isə Letnıe dağları uzanır.

Ərazisinin 60 % ərazisi meşə ilə örtülmüşdür. Yarımadanın cənub hissəsində, Kyanda çayının mənsəbində Kyanda qoruğu yerləşir. Yarımadanın şimal-şərqində, Unski körfəzinin sahilində isə Unski yasaqlığı təşkil edilmişdir. 2013-cü ildə yarımada ərazisində Rusiyanın 45-ci milli parkı təşkil olunmuşdur. Park 201668 ha əraziyə sahibdir ki, bununda 180668 ha meşəlik, 21000 ha ərazi isə Unskaya körfəzinin ərazisini əhatə edir[1].

  1. "Создан новый национальный парк «Онежское Поморье»". 2013-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-05.