Onisim Kler

Onisim Kler (25 fevral 1845[1]18 yanvar 1920, Yekaterinburq) — Ural Təbiət Elmləri Sevənlər Cəmiyyətinin qurucusu, 1920-ci ilə qədər ilham verən və daimi katibi. Geologiya və təbiətşünaslıq üzrə əsərlərin müəllifi, ilk Diyarşünaslıq muzeyinin təşkilatçısı, Yekaterinburq kişi gimnaziyasının müəllimi.

Onisim Kler
fr. Onésime Clerc
Doğum tarixi 25 fevral 1845(1845-02-25)[1]
Vəfat tarixi 18 yanvar 1920(1920-01-18) (74 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Elm sahələri təbiətşünaslıq
Mükafatları French Order of Academic Palms Qütb ulduzu ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bioqrafiyası[redaktə | mənbəni redaktə et]

Nevşatel kantonu, Korsel kommunasında[2][3] bir xidmətçi ailəsində anadan olmuşdur. 1862-ci ildə İsveçrədəki Nevşatel Sənaye Məktəbini bitirmişdir. Elə həmin il Rusiya İmperiyasına gəlmişdiri. Bunun səbəbi ailə şəraitindən irəli gələrək vətənindəki universitetə girməyə imkan verməməsi olur.

Trubetskoy şahzadələrindən quberyor vəzifəsini alır.

Təhsil müəssisələrində fransız dilini tədris etmək hüququ üçün Sankt-Peterburq İmperator Universitetində imtahan verir.

Təxminən üç il Moskvada fransız dilindən dərs deyir, daha sonra təxminən iki il Yaroslavlda çalışır və burada yerli təbiət elmləri cəmiyyətinin işində iştirak edir.

1867-ci ildə Yekaterinburq şəhərinə köçür. Burada 1861-ci ildə bir kişi gimnaziyası aşılır və fransız dili müəllimi vəzifəsi boş qalır. O, kişi gimnaziyasında (1867-1907), realnı məktəbində (1873-1878) fransız dili müəllimi işləyir.

Yekaterinburq ətrafındakı təbiət və görməli yerlərlə maraqlanır. Bu işdə gimnaziyanın yeni direktoru V. Vsevolodov, Mədənçilik məktəbinin idarəedicisi N. Çupin və gimnaziyadakı digər həmkarları yardım edir. Tezliklə o, Uralda bir "təbiət elmini sevənlər cəmiyyəti" adlı təşkilatı qurmağı təklif edir. Bu təklif dəstəklənir. Beləliklə gimnaziyanın daxilində müəllimlərinin təşəbbüsü ilə "Ural Təbiət Elmləri Sevənlər Cəmiyyəti" və Diyarşünaslıq Muzeyi qurulur[4].

Muzeyin kuratoru (1901-1905), "Ural Təbiət Elmləri Sevənlər Cəmiyyəti" prezidenti (1909-1920) olur. Yerli tarixlə bağlı 60-a yaxın əsər çap etdirir.

1920-ci ildə ölümünə qədər Onisim Kler Ural Təbiət Elmləri Sevənlər Cəmiyyətinin daimi katibi və daha sonra prezidenti olur.

1920-ci il yanvarın 18-də qəfildən qarın yatalağından ölür. Yekaterinburqdakı Lüteran Katolik qəbiristanlığında dəfn edilir.

Mükafarları[redaktə | mənbəni redaktə et]

Onisim Kler İsveç Qütb Ulduzu ordeni, Fransız Universitetinin Xurma nişanı ilə mükafatlandırılmışdır. Üstəlik 20-dən çox xarici və rus elmi cəmiyyətinin üzvü olmuşdur.

Xatirə[redaktə | mənbəni redaktə et]

Onisim Klerin adı, Uraldakı ən yaxşı muzey layihələrinə verilən illik mükafatdır[5].

26 may 2015-ci il tarixində Yekaterinburqda Klerin abidəsi regional diyarşünaslıq muzeyinin girişində qoyulur[6].

2018-ci ilin yanvarından bəri Sverdlovsk Regional Tarix Diyarşünaslıq Muzeyi Onisim Klerin adını daşıyır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Historische Lexikon der Schweiz, Dictionnaire historique de la Suisse, Dizionario storico della Svizzera (alm.). Bern: 1998.
  2. "Clerc, Onésime" (fransız). hls-dhs-dss.ch. 2020-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-29.
  3. Baptiste de Coulon. "Dans quelle maison de Corcelles habitait Onésime Clerc (Они́сим Его́рович Клер), fondateur du Musée d'histoire naturelle d'Iekaterinbourg (Russie), en 1862?" (fransız). Service intercommunal d'archivage (SIAr) - canton de Neuchâtel. 2014-07-24. 2021-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-29.
  4. "Рождение музея. Создатели". Свердловский областной краеведческий музей. 2008-11-23. 2013-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-23. Рождение будущего Свердловского областного краеведческого музея произошло 29 декабря 1870 г. (по старому стилю, по новому – 10 января) в актовом зале екатеринбургской мужской гимназии, на учредительном собрании УОЛЕ.<...> О. Е. Клер : "в актовом зале гимназии все поступившие для музея и библиотеки предметы и книги свободно умещались в одной, занятой у супруги директора гимназии, решетке для белья"
  5. "Культурное наследие. Положение о присуждении областной музейной премии имени Онисима Егоровича Клера". 2007-05-14. 2013-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-30. О. Е. Клер (1845-1920) в течение более 50 лет стоял во главе краеведческого движения и музейного дела в крае
  6. "В центре Екатеринбурга поставили памятник швейцарцу, который создал самый большой краеведческий музей Урала". 2015-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-28.