Onlayn utandırma

Onlayn utandırma — hədəflərin internetdə, sosial media platformaları və ya daha çox lokallaşdırılmış media vasitəsilə açıq şəkildə alçaldıldığı ictimai utandırma forması. Onlayn utandırma tez-tez internetdə şəxsi məlumatların ifşa edilməsini nəzərdə tutduğundan, ictimai utandırma etikası internet məxfiliyimedia etikası ilə bağlı mübahisə mənbəyi olmuşdur. Onlayn utandırmaya ləğvetmə, doksinq, mənfi rəylər və qisas pornosu aid ola bilər.

Onlayn utandırma, internet istifadəçilərinin digər internet istifadəçiləri tərəfindən təqib edildiyi, ələ salındığı və ya təhqir edildiyi ictimai utandırma formasıdır. Bu utandırmaya şəxsi mesajların və ya fotoşəkillərin paylaşılması aid ola bilər. Utandırılanların sosial pozuntu törətdiyi qəbul edilir və digər internet istifadəçiləri onu utandırmaq üçün ictimai ifşadan istifadə edirlər.

İnsanlar müxtəlif səbəblərə görə internetdə utandırılırlar, bu, adətən təhqiredici şərhlər, şəkillər və ya memlər paylaşmaq, onlayn dedi-qodular və ya yalan kimi müxtəlif sosial pozuntulardan ibarətdir.[1] Onlayn utandırma qisas almaq (məsələn, qisas pornosu şəklində), təqib etmək, şantaj etmək və ya digər internet istifadəçilərini təhdid etmək üçün istifadə edilə bilər.[2]

Məxfiliyin pozulması onlayn utandırmada əsas problemdir. Utandırılanlar şəxsi toxunulmazlıq hüququndan məhrum edilə və diffamasiyaya məruz qala bilərlər. Amerika Vəkillər Kollegiyasının Media, Məxfilik və Diffamasiya Komitəsinin sədri Devid Furlov, ictimai qeydlərin bir hissəsi olmayan məlumatların (hökumət təşkilatına təqdim edilmiş sənədlər) yayılmasını asanlaşdıran internet saytları tərəfindən bildirilən potensial məxfilik problemlərini müəyyən etdi və bu cür saytların "sadəcə dedikləri həqiqəti əks etdirməyən insanlara forum verdiyini" bildirdi.[2][3]

  1. Pundak, Chen; Steinhart, Yael; Goldenberg, Jacob. "Nonmaleficence in Shaming: The Ethical Dilemma Underlying Participation in Online Public Shaming". Journal of Consumer Psychology. 31 (3). iyul 2021: 478–500. doi:10.1002/jcpy.1227.
  2. 1 2 Laidlaw, Emily. "Online Shaming and the Right to Privacy". Laws. 6. February 1, 2017: 3. doi:10.3390/laws6010003. April 24, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 5, 2020.
  3. Tracy Swartz, RedEye. "The Wide World of Cyber Snitching". Chicago Tribune. May 31, 2007. May 30, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 29, 2014.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]