Onqon

Müasir Sibir onqonu

1. Müqəddəs heyvan və onun simvolizə edilmiş fiquru. Totem. Monqolca Onqon deyilər. Özünün nəslindən gelindiği düşünülən və hörmət edilən, müqəddəs qəbul edilən heyvan, obyekt və ya varlıq. Bəzən külək belə bir ongun ola bilər. Heyvan və ya insan formalı heykelciklerdir. Daha sonra gerb şəklini almış və bunlara da "Ongan" adı verilmişdir. Hər boyun fərqli bir müqəddəs heyvanı və onu işarələyən bir ongunu vardır. Bərəkət və uğur gətirdiyinə inanılar. Onqon olan heyvanları yemək, yaralamaq və öldürmək qadağandır. Qəbilələr bu heyvandan törəndiklərinə inanarlar. Qadağalara uymayanın başına fəlakətlər gəlir və cəmiyyətdən xaric edilər. Hətta bu heyvanların adlarını xatırlamaq belə tabu (müqəddəs qadağan) olaraq qəbul edilir.

2. Bolluq, bərəkət. Varlığın davamlılığı, çoxalma qabiliyyəti. Ongun fiqurunun bərəkət verici olması ilə əlaqəli olaraq məna dəyişməsi yaşanmışdır.

Məsələn, altayların bir qolu olan Qu'lar (Lebed) kimi bəzi türk tayfaları qu quşundan törədiklərinə inanarlar. Lebed sözü rusca "qu" deməkdir və bu xalqa rusların verdiyi addır. Lebedlər, özlərinə "Qu kiji" (Qu kişi) deyərlər. Finlilərin Ku adlı Ay ilahı ilə də əlaqəli olduğu düşünülməkdədir. Çünki Ay da eynilə qu kimi gözəlliyi və zərifliyi təmsil edər. Köhnə monqolcada qu demək olan Xun/Qun (Hung/Kung) sözünün eyni zamanda insan mənasına gəlməsi diqqət çəkicidir. Kuğu (Ku, Hu, Gu, Kuv, Kuba) olaraq da bilinər.

Etimologiya[redaktə | mənbəni redaktə et]

(On/Ong/Onq/Onk) kökündən törəmişdir. Bolluq, bərəkət, təmir etmək, yaxşılaşmaq mənalarını ehtiva edər. Onamaq "təsdiq etmək", Onay "ratifikasiya", Onmaq "yaxşılaşmaq" sözləri ilə eyni kökdən gəlir. Onsuk, onat sözləri bütövlük, mükəmməllik ifadə edər. On rəqəmi iki əlin bütün barmaqlarının və bütövlüyünə işarədir.

Mənbə[redaktə | mənbəni redaktə et]

- Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.