Onqon Xan - türk və altay mifologiyasında bərəkət ilahı. Bolluq və bərəkətin qaynağıdır. Qıtlıqları aradan qaldırar. Əkinlərin bərəkətli olmasını təmin edər. Onun istəyilə başaklar birə doqquz verirlər.
Onqon sözünün türk dilində geniş şəkildə istifadə edilən və bir-biriylə yaxından əlaqəsi olan iki mənası vardır.
(On/Ong/Onq/Onk) kökündən törəmişdir. Bolluq, bərəkət, təmir etmək, yaxşılaşmaq mənalarını ehtiva edər. Onamaq "təsdiq etmək", Onay "ratifikasiya", Onmaq "yaxşılaşmaq" sözləri ilə eyni kökdən gəlir. Onqon (Ongun) sözü türk, altay və monqol mifologiyasında totem mənasını verər.