Opportunizm

Fürsət dəyərləndirilmiş, fürsət itirilmiş, Theodoor Gallenin qravürası, 1605

Opportunizm — fürsətçilik və ya fürsətçi hadisələrdən eqoist üstünlüklər götürməyi qarşına məqsəd qoyan şüurlu siyasət və praktikadır. Digər şəxslərin qarşılaşacaqları prinsiplərə və nəticələrə minimal əhəmiyyət verir. Opportunist hərəkətlər yalnız öz maraq dairəsi ilə kifayətlənir. Termin: insan fərdlərinə, canlı orqanizmlərə, qruplara, icmalara, üslublara, davranışlara və gündəliyə tətbiq edilə bilər. Opportunizm və ya opportunist davranış biologiya, iqtisadiyyat, oyun nəzəriyyəsi, etika, psixologiya, sosiologiyasiyasətdə vacib bir anlayışdır.