Optik materiallar

Optik materiallar

Optik materiallar təbii və sintetik materiallar, monokristallar, polikristallik (şəffaf keramik materiallar), şüşələr (optik şüşələr, fotositallar), polimer (üzvi şüşə) və bu və ya digər elektromaqnit dalğaların diapazonunda şəffaf olan materiallar. Onlardan spektrin ultrabənövşəyi, görünən, infraqırmızı oblastında işləyən optik elementlərin hazırlanmasında (istehsal üçün) istifadə olunur. Danışıq dilində və sənayedə bir çox hallarda bütün bərk optik materialları şüşə adlandırırlar. Bəzən optiki şüanı ötürən optiki mühit, bəzi polimerlər, lent, hava qaz, maye və başqa maddələr də optik material rolunu oynayır.

Silikat şüşələr

[redaktə | mənbəni redaktə et]

Ən qədim və tanınmış optik material silisium dioksid və digər maddələrin qarışığından ibarət adi şüşədir. Texnologiyanın inkişafı və optik cihazların təkmilləşdirilməsi tələblərinin sərtləşdirilməsi texniki şüşələrin xüsusi bir sinfi optik şüşələrin yaradılmasına gətirib çıxartdı. Digər şüşələrdən yüksək şəffaflığı, saflığı rəngsizliyi, həmcinsliyi, ciddi sındırma və dispersiya qabiliyyəti ilə fərqlənir.

Təmiz silisium dioksidi (məsələn, dağ billurunu) əritməklə kvars şüşəsini əldə etmək olar. Digər silikat şüşələrdən kimyəvi davamlılığı, olduqca aşağı xətti genişlənmə əmsalı və nisbətən yüksək ərimə temperaturu (1713–17280C) ilə fərqlənir. Bunun sayəsində daha geniş temperatur diapazonunda və aqressiv mühitdə işləyə bilən optik sistem qurmaq mümkündür. Bundan əlavə, kvars şüşə elektomaqnit dalğaların ultrabənövşəyi diapazonu üçün şəffafdır. Bu da materialı bu spektr sahəsində işləyən optik sistem üçün əvəzedilməz edir.

  1. Винчелл А. Н., Винчелл Г., Оптические свойства искусственных минералов, пер. с англ., М., 1967
  2. Физико-химические основы производства оптического стекла, под ред. Н. И. Демкиной, Л., 1976;
  3. Леко В. К., Мазурин О. В., Свойства кварцевого стекла, Л., 1985;