Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Orqanizmin ekoloji dözümlülük həddi daxilində böyüməsi və inkişafı eyni deyildir. Orqanizim üçün hər bir faktorun zəiflədici təsir bölgələri arasında optimal təsir bölgəsi yerləşir.Həmin optimal bölgədə orqanizim özünü ən yaxşı hiss edir. Lakin bəzi növlərin müəyyən ekoloji faktorlara qarşı optimal tələbi onun ekoloji dözümlülük həddi diopozonunun orta hissəsinə yox, bir tərəfinə düşə bilir. Məsələn qızılxallı (forel) körpələri üçün çayda optimal şərait oksigenin orta miqdarda olduğu yer deyil, ən çox zəngin olduğu hissədir.
Bioloji növ elə şəraitdə yaşayıb qala bilir ki, onu təşkil edən fərdlər ekoloji dözümlülük həddinin optimal bölgəsində yerləşmiş olsun. Belə şəraitdə həmin fərdlər mövcud olmaqla kifayətlənməyib, nəsil verə bilirlər. Məhz optimal ekoloji şəraitdə yerləşmiş fərdlər xəstəliyə, parazitlərə, təbii düşmənlərə və müxtəlif antropogen təsirlərə müqavimət göstərib yaşaya bilirlər.
Hər bir faktorun canlılara təsiri səciyyəvi elementlərə malikdir. Elə faktor yoxdur ki, onun canlılara təsirində müəyyən bir ana xətt görünməsin.
Mustafayev Q. T. Ekologiyadan konspekt.Bakı, Şərq-Qərb,1993, 184 s.