Optimum qanunu

Optimum qanunu — hər-hansı ekoloji amilin orqanizmlərə müsbət təsir göstərdiyi bir hədd.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Optimum — ekoloji amilin müsbət təsir gücü verilmiş orqanizmdir. Ekoloji amilin çatışmazlığı kimi izafi təsiri də fərdlərin həyatında mənfi nəticələrə səbəb olur. Belə ki, ekoloji amilin maksimal və minimal qiymətləri böhran nöqtələri adlanır. Böhran hədlərindən kənarda orqanizmlər mövcud olmayıb, hətta məhv olur. Ekoloji amilin böhran həddinə yaxın qiymətləri isə pessimum adlanır. Böhran nöqtələri arasındakı dözümlülük həddinə konkret ekoloji amilə görə orqanizmin valentliyi deyilir. Növün mühit amillərinin dəyişkənliyinə uyğunlaşma dərəcəsi orqanizmlərin plastikliyi və ya ekoloji valentliyi adlanır. Ekoloji valentlik ekoloji amillərin elə bir diapazonu ilə ifadə olunur ki, bu diapazonda verilmiş növ normal həyat fəaliyyətini saxlaya bilir. Bu diapazon nə qədər geniş olarsa, ekoloji valentlik də bir o qədər yüksək olar. Ekoloji plastikliyə həm ayrıca bir ekoloji amilə, həm də ekoloji amillər kompleksinə münasibət kimi yanaşmaq olar.

Orqanizmlər abiotik amillərə münasibətinə görə valentliyinin geniş olması amilin adının əvvəlinə "evri" sözünü əlavə etməklə göstərilir. Məsələn: * evriterm (temperatura plastik);

  • evrifot (işığa plastik);
  • evrihiqroskop (nəmliyə plastik);
  • evrioyk (məskunlaşma yerinə plastik);
  • evrifaq (qidaya plastik) və s.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • Biosenoz