Opto-mexaniki siçan (optomechanical mouse) – optik və mexaniki qurğuların kombinasiyasının köməyilə hərəkətinin istiqamət siqnallarına çevrildiyi siçan konstruksiyası. Optik hissədə işıq-diod və verici cütlükləri olur; mexaniki hissə cərəyan kəsici dəlikləri olan fırlanan təkərciklərdən ibarət olur. Siçan hərəkət etdikdə təkərcik dönür və işıq-diodlardan gələn işıq ya dəlikdən keçərək işıq vericisinə düşür, ya da təkərciyin şəffaf olmayan hissələri tərəfindən bloklanır (qarşısı alınır). İşığın bu dəyişiklikləri verici cütlüklər tərəfindən aşkarlanır və nisbi hərəkət siqnalları kimi interpretasiya olunur. Vericilər fazaca bir-birinə nəzərən azacıq yerini dəyişdiyindən hərəkətin istiqaməti hansı vericinin ilk olaraq indikatorla kontaktı bərpa etməsinə görə müəyyənləşir. Opto-mexaniki siçanda mexaniki hissələrin əvəzinə optik qurğular istifadə edildiyindən, o, çox az-az təmir olunur, ancaq onun işləməsi üçün xüsusi səth (örtük) tələb olunur.
1964-cü ildə ixtiraçı Duqlas Engelbart (Douglas Engelbart) tərəfindən ilk siçan qurğusu (mouse) yaradılmışdır. Bu qurğunun korpusu taxtadan düzəldilmişdi, daxili hissəsi isə bir-birinə perpendikulyar yerləşən, bir ox üzərində fırlanan iki dişli çarxdan ibarət idi.
Opto-mexaniki siçanın iş mexanizmi:
Maus nədir? Arxivləşdirilib 2017-05-31 at the Wayback Machine