Bu məqaləni vikiləşdirmək lazımdır. |
Oqtay Şəhriyarlı — Azərbaycanlı şair-publisist.
Oqtay Şəhriyarlı | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Şəhriyar, Masallı rayonu |
Fəaliyyəti | şair |
shahriyarli.vsayt.com |
13 mart 1959-cu ildə Azərbaycan Respublikasının Masallı rayonunun Şəhriyar kəndində anadan olub.
İlk şeri 1974-cü ildə Masallı rayonunda çıxan "Çağırış" qəzetində çapdan çıxıb. 1976–1978-ci illərdə Sumqayıt şəhərində çıxan "Sosialist Sumqayıtı" qəzetində ştatdankənar müxbir kimi fəaliyyət göstərib. İstehsalatda çalışan insanlar daima O. Şəhriyarlının mövzusu olardı.
1974-cü ildən indiki dövrə qədər müxtəlif mətbuat orqanlarında şerləri çapdan çıxır.
2003-cü ildən Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Bakı şöbəsinin üzvüdür.
Hal-hazırda "Bütövlük" ictimai-siyasi hüquq qəzetinin xüsusi müxbiridir.
"Şəhriyarda səkkiz ocaq" kitabı çapa hazırlanır.
Ailəlidir, iki oğul, iki qiz atasıdır.
Hal-hazırda Bakı şəhərində yaşayır.