Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Əliyev Oqtay Ərəstun oğlu (d. 1956) — Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Reklamçılar İttifaqının üzvü.
Oqtay Əliyev | |
---|---|
Oqtay Ərəstun oğlu Əliyev | |
Doğum tarixi | |
Doğum yeri | Surra, Sabirabad rayonu, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Fəaliyyəti | rəssam, dizayner |
Oqtay Əliyev 1956-cı ilin 1 oktyabrında Sabirabad rayonunun Surra kəndində doğulub. Atası Ərəstun Əliyev ibtidai sinif müəllimi olmuşdur. Anası Xanbəyim Əliyeva olmuşdur. 3 qardaşı və 2 bacısı var. Hal-hazırda evlidir və 2 oğlu var.
Orta məktəbi qurtarandan sonra 2 il tanınmış rəssamların emalatxanalarında rəssamlıq sənətinin sirlərini öyrənmişdir.
1975-1977-ci illərdə uzaq Sibirdə hərbi xidmətdə olmuş, xidməti dövründə də rəssam kimi çalışmışdır. Hərbi xidməti başa vurduqdan sonra Vətənə qayıtmışdır. 1981-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirib.
Uşaqlıqdan rəsm çəkməyə böyük marağı olub. Orta məktəbi qurtarandan sonra 2 il tanınmış rəssamların emalatxanalarında rəssamlıq sənətinin sirlərini öyrənmişdir.
1973-cü ildən rəssamlıq fəaliyyətinə başlayıb, müxtəlif rəsm sərgilərində əsərləri təqdim olunub.
Yaradıcılığında, əsasən, bədii tərtibata, reklam və dizayn sahəsinə üstünlük vermişdir. Hələ tələbəlik dövründə gənc rəssamların sərgilərində müntəzəm iştirak etmişdir. Moskvada keçirilən “Olimpiada-80” sərgisində milli mövzuda çəkilmiş “Çövkən” əsəri ilə Respublikalar üzrə 3-cü yerə layiq görülmüşdür.
1981-ci ildə rəssamlıq təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra təyinat əsasında Bakı Şəhər İcra Hakimiyyətinin Bədii-tərtibat və Reklam İdarəsinə göndərilmişdir. Şəhərin, zavod və fabriklərin, təhsil müəssisələrinin, tədbirlərin və paradların bədii tərtibat, reklam və dizayn işlərini yerinə yetirmişdir. Bu idarədə paralel olaraq studiya rəhbəri və həmkarlar ittifaqı komitəsinin sədri vəzifələrində çalışmışdır. Azərbaycan Reklamçılar İttifaqının və Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Dünyanın müxtəlif ölkələrində keçirilən reklam festivallarında dəfələrlə iştirak etmiş və Azərbaycanı layiqincə təmsil etmişdir. Bədii-tərtibat və reklam idarəsində uzun müddət işlədikdən sonra müstəqil olaraq Bədii-tərtibat, reklam və dizayn Şirkəti yaratmış və əhatəsində olan istedadlı yaradıcı adamları bu şirkətə cəlb etmişdir.
Hal-hazırda öz şəxsi emalatxanasında yaradıcılıqla məşğul olmaqdadır.[1] Çoxlu savadlı tələbələr yetişdirmişdir. Əsərləri respublika səviyyəsində və xaricidə müntəzəm olaraq sərgilənir. İctimai işlərə vaxtaşırı dəvətlər alır [2] və öz təcrübəsini gənclərə öyrədir. Reklam haqqında qanunun hazırlanmasında ekspert kimi iştirak edib.
Öz fəaliyyəti dövründə müxtəlif bədii mövzulara toxunan rəssam bir çox təltiflərə layiq görülmüşdür. SOCAR-ın keçirdiyi "Əsrin müqaviləsi" adlı sərgi-müsabiqədə diploma layiq görülmüşdür.