Oqtay Atayev (Tam adı: Oqtay Əlirza oğlu Atayev; d.19 dekabr 1929 - ö.12 mart 1991, Bakı) — Azərbaycan jurnalistikasının tanınmış simalarından biri.[1]
Oqtay Atayev | |
---|---|
Oqtay Əlirza oğlu Atayev | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (61 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
İxtisası | Tarix |
Təhsili | Azərbaycan Dövlət Universiteti |
Fəaliyyəti | Baş redaktor |
Tanınır | Jurnalist |
O.Atayev 1929-cu il dekabrın 19-da dünyaya anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki - BDU) tarix fakültəsini bitirib. Tələbəlik illərində idmanla ciddi məşğul olmuşdu, hətta Bakının “Dinamo” futbol komandasının müdafiəçisi mövqeyində də çıxış etmişdi. Gözündən zədə almış jurnalist bir müddət sonra məşqləri dayandırmaq məcburiyyətində qaldı. Oqtay Atayev həyatının sonunadək – 1991-ci il martın 12-nə qədər “İdman” - “Sport” qəzetinin baş redaktoru olub.
1960-70-ci illərdə Oqtay Atayev Nəsir İmanquliyevin baş redaktoru olduğu «Veçernı Baku» (sonralar – “Bakı” - “Baku”) qəzetinin əməkdaşı oldu. O illərdə qəzetin informasiya və idman şöbəsinin müdiri vəzifəsində Oqtay Atayev çalışırdı.
1976-cı ildə o, Azərbaycan Bədən Tərbiyəsi və İdman Komitəsində məsul vəzifəyə – sədr müavinliyinə təyin edildi. 1987-ci ildə Oqtay Atayev “İdman” - “Sport” qəzetinə rəhbərlik etməyə başladı.