Oqtay Məmmədbəyov

Məmmədbəyov Oqtay Kamal oğlu — texnika elmləri doktoru, professor

Oqtay Məmmədbəyov
Məmmədbəyov Oqtay Kamal oğlu
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan
Elmi dərəcəsi texnika elmləri doktoru

Həyatı[redaktə | mənbəni redaktə et]

Məmmədbəyov Oqtay Kamal oğlu 1956-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1977-ci ildə "Neft və qaz quyularının qazılması" ixtisası üzrə AzNKİ-nun neft-mədən fakültəsini bitirmişdir. 1972-1982-ci illərdə adı çəkilən institutun "Neft və qaz quyularının qazılması" kafedrasının aspirantı olub. 1981-1997-ci illərdə "Maili və üfüqi quyuların qazılmasının texnika və texnologiyası" laboratoriyasında kiçik, böyük və aparıcı elmi işçi, laboratoriya rəhbəri olmuşdur. 1982-ci ildə "Qazıma alətini istiqamətləndirmədən quyuların azimutunun idarə edilməsi metodikasının tədqiqi və işlənilməsi" mövzusunda namizədlik, 1989-cu ildə isə "Qazıma prosesinin səmərəliliyinin artırılması məqsədi ilə mail quyuların əyilməsinin idarə edilməsinin nəzəri əsaslarının işlənilməsi" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 1992-2002-ci illərdə Məmmədbəyov O.K. həmçinin ADNA "Neft və qaz quyularının qazılması" kafedrasının professoru olmaqla, pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. 2002-ci ildən o ABŞ-da işləyərək, quyuların qazılması və bitirilməsi layihələrinə rəhbərlik edir. O Azərbaycanın qazmaçılar assosiasiyasının prezidentidir.

Elmi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Məmmədbəyov O.K. maili və üfüqi quyuların qazılması və bitirilməsi texnikası və texnologiyası sahəsində tanınmış alimdir.

Elmi tədqiqatların sahəsi: quyuların əyilməsinə təsir edən faktorların tədqiqi; qazıma dəstəsinin dibinin tərtibatının layihə edilməsi; layihə və qazıma prosesinə nəzarət üçün proqram təminatı; qazıma prosesi parametrlərinin proqnozu; quyuların müasir bitirilmə sistemləri.

Məmmədbəyov O.K. 100-dən artıq elmi məqalənin, bir monoqrafiyanın, 5 rəhbər sənədin və təlimatın müəllifidir. İxtiralara görə 7 müəlliflik şəhadətnaməsi alıb. O, 6 elmlər namizədi hazırlamışdır.