Oqtay Rza

Rzalı Oqtay Məhərrəm oğlu (Oqtay Rza) — azərbaycanlı şair, 1981-ci ildan Azərbaycan Yazıçılar Birliyinin üzvü. Azərbaycan Respublikasının əməkdar müəllimi (2012) , "Mikayıl Müşfiq" və "Qızıl qələm" mükafatları laureatı.

Oqtay Rza
Oqtay Məhərrəm oğlu Rzalı
Doğum adı Oqtay Rzalı
Doğum tarixi
Doğum yeri Qalalı, Salyan rayonu
Vəfat tarixi (84 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Fəaliyyəti alim
Mükafatları "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adı — 2012

Oqtay Rza 1934-cü il noyabrın 2-də Azərbaycanın Salyan rayonunun Qalalı kəndində anadan olmuşdur. Arbatan kənd yeddiillik məktəbini bitirib Salyan şəhərindəki Nizami adına orta məktəbdə təhsilini davam etdirmişdir (1948-1951). Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfıyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib geoloq ixtisası almışdır (1951-1956). Əmək fəaliyyətinə Bayıldakı Neft və Qazçıxarma İdarəsinin 5 saylı mədənində başlamışdır: operator, baş operator, neftçıxarma ustası olmuşdur (1956-1961). Elmi-tədqiqat işi müdafıə edib geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi almışdır. Azərbaycan KP MK yanında ikiillik marksizm-leninizm universitetini fərqlənmə diplomu ilə bitirmişdir (1980). N.Tusi adına APİ-nin ümumi coğrafıya kafedrasında müəllim, baş müəllim (1966-1969), hazırda isə dosent işləyir (1971-cı ildən). Bakı Sovetinin deputatı seçilmişdir (1959-1960).

1961-ci ilin noyabr-dekabr aylarında Ümumdünya Həmkarlar İttifaqları Təşkilatının Moskvada keçirilən 5-ci konqresində sovet nümayəndə heyətinin tərkibində iştirak etmişdir.

"Bir may" adlı ilk şerini yeddiillik məktəbdə oxuyarkən yazıb "Sosializm yolu" rayon qəzetində dərc etdirmişdir. Həmin vaxtdan poetik yaradıcılıqla müntəzəm məşğul olur, bədii tərcümələr də edir. Dünya xalqlarının ədəbiyyatından tərcümələri dövri mətbuatda müntəzəm çap olunur.

Əsərləri xarici mətbuatda dərc edilmişdir. "Kamennıy Svetilnik" şerlər toplusu 1987-ci ildə Moskvada kütləvi tirajla buraxılmışdır.

18 avqust 2019-cu ildə vəfat etmişdir.[1]

18 aprel 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Əməkdar Müəllim” fəxri adına layiq görülüb.

  1. Torpağı dinləyirəm. Bakı: Gənclik, 1970, 24 səh.
  2. Ürəyimi oxuyun. Bakı: Gənclik, 1975, 80 səh.
  3. Hara gedirəmsə. Bakı: Gənclik, 1980, 66 səh.
  4. Yasəmən çiçəkləyəndə. Bakı: Yazıçı, 1981, 90 səh.
  5. Daş çırağın işığında. Bakı: Gənclik, 1983, 168 səh.
  6. Fəsil dəyişəndə. Bakı: Yazıçı, 1986, 112 səh.
  7. Günəşin adından. Bakı: Yazıçı, 1991, 140 səh.
  8. Vətən, yas saxlama. Bakı: Şur, 1993, 32 səh.
  9. Adlı, ünvanlı misralar. Bakı: Azərnəşr, 1999, 334 səh.
  10. Seçilmiş sətirlərim. Bakı: Azərnəşr, 2001, 264 səh.
  11. Dördlüklər. Bakı: Gənclik, 2004, 200 səh.
  12. "Rübai karvanı - dördlük çələngi". Bakı: Yazıçı, 2011. 188 səh.
  1. Kulis. "Oqtay Rza vəfat etdi" (az.). Kulis. 18.08.2019. 2020-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-18.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]