Ordubad hamamı — Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində XVIII-XIX əsrlərə aid Şərq memarlıq üslubunda inşa olunmuş memarlıq abidəsi.
Ordubad hamamı | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Naxçıvan |
Yerləşir | Ordubad şəhəri |
Tikilmə tarixi | XVIII-XIX əsrlər |
Üslubu | Naxçıvan memarlıq məktəbi |
Vəziyyəti | fəaliyyət göstərir |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
Hamamın ümumi sahəsi 483 m², divarların qalınlığı 1 metrdir.
Bina 20 x 20 x 5 ölçüdə bişmiş kərpiclə inşa olunmuşdur.
Hamam düzbucaqlı strukturu ilə digər orta əsr Şərq hamamlarından fərqlənir. Hamam əsasən geniş vestübül, çayxana, soyunma və yuyunma zallarından ibarətdir. Zallara açılan otaqlardan digər otaqlara və ocaqxanaya giriş var. Hamama vestibülünə eni 1 metr olan çatma tağ formalı dəhlizdən daxil olunur. Soyunma zalı kəsik küncləri olan kvadrat, mərkəzi salon isə səkkizbucaqlı formadadır. Zalın divarlarında hamama gələnlərin əşyalarını qoymaq üçün 4 ədəd dərin (2,8 x 1,3 m, 2,8 x 2,8 m) taxça var. Taxçalar hamamın səthindən 60 sm hündürlükdədir. Vestibülün mərkəzində kiçik çərhovuz (2 x 2 metr) var. Diametri 6,35 metr olan günbəz səkkizbucaqlı zalın künclərindəki sütunlara stalaktidlərlə keçir. Soyunma zalının hün dürlüyü 7,4 metrdir, yuxarısı dairəvi günbəzlə qapanır. Yuyunma zalı digər orta əsr hamamlarından mürəkkəb quruluşuna görə fərqlənir.[1]
Zal çatma tağ formalı dərin taxçalarla əhatə olunmuşdur. Taxçaların içəri sində kisələnmək və masaj üçün xüsusi sal daşlar yerləşdirilmişdir. Zalın mərkə zində dairəvi hovuz var. Yuyunma zalının günbəzinin diametri 5,8 metr, hündürlüyü 7,4 metrdir. Hamamın şərq tərəfində, yuyunma zalına bitişik isti su hovuzu və onun altında ocaq xana var. Xəzinədən yuyunma zalına açılan gözlükdən isti su götürmək üçün istifadə edilirmiş. Hamamın suyu onun yaxınlığından keçən Qarahovuz çeşməsindən götürülürmüş. Su saxsı borular vasitəsilə xəzinəyə və hamamın yuyunma zalına daxil olurmuş. Yuyunma zalı və ona birləşən otaqların altında isti havanın dövr etməsi üçün kanallar düzəldilmişdir. Hamamın tağlı taxçaları sü tünlarla qaldırılmış və tağtavanla örtülmüşdür.
Hamamın binası XX əsrdə bir neçə dəfə yenidən qurulmuş və təmir olunmuşdur.[2]