Orduyurdu yaşayış yeri — Şahbuz rayonunda Mahmudoba kəndinin şimal-qərbində VII–VIII əsrlərə aid yaşayış yeri.
Sahəsi 5 hektardır. Hər iki tərəfdən quru çay vadisi ilə əhatə olunmuş alçaq təpələr üzərində yerləşir. Mədəni təbəqə saxlanmamışdır. Yerüstü axtarışlar nəticəsində çəhrayı rəngli gil qab qırıqları toplanmışdır. Yaşayış yerinin "Qərincə" adlanan hissəsində divar qalıqları var. Təpənin yamacı boyunca təqribən 30 metrlik məsafədə salamat qalan divarın eni 1 metrdir. Hazırda yaşayış yeri hər tərəfdən əkin sahələri ilə əhatə olunmuşdur.[1]