Orlean — Fransada şəhər, Luar departamentinin inzibati mərkəzi. Əhalisi (1999): 113,126. Mühüm nəqliyyat qovşağı, iri sənaye mərkəzidir.
Orlean | |||||
---|---|---|---|---|---|
Orléans | |||||
|
|||||
47°54′08″ şm. e. 1°54′15″ ş. u.HGYO | |||||
Ölkə | |||||
Tarixi və coğrafiyası | |||||
Sahəsi |
|
||||
Mərkəzin hündürlüyü | 118 m[3], 90 m[4], 124 m[4] | ||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəqəmsal identifikatorlar | |||||
Poçt indeksi | 45000[6], 45100[6] | ||||
Digər | |||||
orleans-metropole.fr | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Orlean qədimdə Senabum adlanmışdır. E.ə. I əsrdə Yuli Sezar dağıtdırmışdı. III əsrdə Roma imperatoru Avrelianın hakimiyyəti dövründə bərpa edilmiş və V əsrdən onun şərəfinə Avrelianum adlanmağa başlamışdır. 6 əsr-7 əsrin əvvəlində Orlean krallığının mərkəzi olmuş, X əsrdən mühüm qalaya çevrilmiş, XII əsrdə iri ticarət mərkəzi kimi formalaşmışdı. 1309-cu ildə universitetin əsası qoyuldu. Yüzillik müharibə dövründə 7 ay ingilislər tərəfindən mühasirədə olmuş, 1429-cu ilin mayında Janna d'Arkın başçılığı ilə fransız qoşunları azad etmişdi. Fransada dini müharibələr dövründə (XVI əsr) Orlean hugenotların istinadgahlarından biri idi. 1940-cı ilin iyununda alman qoşunları tutmuş, 1944-cü ilin avqustunda müttəfiqlərin birgə silahlı qüvvələri tərəfindən azad edilmişdir.