Ornithorhynchus laevis

Ördəkburun (lat. Ornithorhynchus anatinus) — məməlilər sinfinin birdəliklilər dəstəsinin ördəkburunlar fəsiləsinə aid yeganə növ.

Ördəkburun
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Ördəkburun
Beynəlxalq elmi adı

Bədəninin uzunluğu 30-45 sm, quyruğu 10-15 sm, kütləsi 0,5-2 kq-dır. Üst tərəfdən qonur, alt tərəfi bozumtul sıx xəzlə örtülüdür. Başı uzun yastı dimdiyə oxşayır, üzəri çılpaq yumşaq dəri ilə örtülüdür. Barmaqlarında caynaq və üzmə pərdəsi var. Dişləri yoxdur. Şərqi AvstraliyadaTasmaniyada su sahillərində yayılmışdır. 10 m-dək dərinlikdə qazdığı yeraltı yuvada gizlənir. 1-2 yumurta qoyur. 9-10 gün kürt yatır. Onurğasızlarla qidalanır. Əvvəllər qiymətli xəzinə görə ovlanırdı. Hazırda ovlanması qadağan edilmişdir.


  1. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0