Orphaned Land — İsrail Oriental metal qrupu. Musiqi tərzləri Avropa metal və Yaxın Şərq musiqisinin tərzində yazılır.
Orphaned Land | |
---|---|
Əsas məlumatlar | |
Üslub |
doom oriental death Proqressiv metal |
Fəaliyyət illəri | 1991—h.h. |
Ölkə | İsrail |
Digər adı | Resurrection (1991–1992) |
Leybl | Century Media |
Heyət |
Kobi Farhi Uri Zelcha Matan Shmuely Chen Balbus Idan Amsalem |
Keçmiş üzvlər |
Matti Svatizky Sami Bachar Itzik Levy Eran Asias Eden Rabin Avi Diamond Yatziv Caspi Adee Silva Yossi Sa'aron Sassi |
www.orphaned-land.com | |
Vikianbarda əlaqəli mediafayllar |
1991-ci ildə yaradılan qrup, ilk olaraq Resurrection adında yaradılmışdır. Daha sonra 1992-ci ildə adını dəyişdirilərək Orphaned Land oldu. Ad dəyişiliyindən sonra onlar yaxın şərq regionunun mədəniyyəti və müasir dünya mədəniyyətini cəmləşdirərək öz musiqi üslublarını yaratdılar. Onlar əsasən dostluq, qardaşlıq və birlik haqqında musiqilər yazmağa başladılar. 1993-cü ildə onlar ilk demo “The Beloved's Cry” adlı albomlarını nəşr etdilər. Bu demodan sonra onlar Fransa albom şirkəti olan "Holy Records" ilə birgə ilk debüt albomlarını 1994-cü ildə "Sahara" albomlarını nəşr etdilər. Daha sonra 1996-cı ildə "El Norra Alila" adlı ikinci albomlarını nəşr etdilər. Bu iki albomları çıxartdıqdan sonra onlar bir neçə albom şirkətlərindən təkliflər aldılar. 1997-ci ildə onlar "Century Media" albom şirkəti ilə birgə işləməyə başladılar və konsertlər də çıxış etdilər.
Uzun müddətdən sonra onlar 2004-cü ildə «Mabool» adlı üçüncü albomlarını nəşr etdilər. Nuh Tufanından bəhs edilən bu albom ilə onlar İsrailin ən məşhur metal musiqi qrupu oldular. Dünya turnelərə qatıldılar və Wacken Open Air, Summer Breeze, Sonisphere və ProgPower kimi festivallar da nümayiş etdilər.
2010-cu il yanvarın 25-də onlar dördüncü "The Neverending Way Of ORwarriOR" adlı albomlarını nəşr etdilər. Bu albomun prodüserliyini Steven Wilson (Porcupine Tree) etmişdir.