Orqanik aşınma

Aşınmasüxurlarınmineralların mexaniki parçalanması və kimyəvi dəyişməsi proseslərinin məcmusuna deyilir. Aşınma əsasən quru səthində gedir, su hövzələrinin dibində gedən aşınma prosesi isə Halmiloriz adlanır. Aşınma əsasən üç növə ayrılır. 1. Fiziki ( mexaniki) , 2. Bioloji, 3. Kimyəvi. Mexaniki və ya fiziki aşınmaya əsas səbəb temperaturun kəskin dəyişməsi, süxur çatlarında suyun donması, külək , buzlaq və başqa amillərin təsirilə süxurların kövrəkləşməsi və mexaniki parçalanmasıdır.  Bioloji aşınma canlı orqanizmlərin, bitkiheyvanların fəaliyyəti nəticəsində süxurların mexaniki parçalanması, ovulması və ya  tərkibinin kimyəvi dəyişməsidr. Kimyəvi aşınma - hava, su və üzvi aləmin kimyəvi aktiv birləşməsidir. Kimyəvi aşınma - hava, su və üzvü aləmin kimyəvi aktiv birləşmələrin (O2, SO2 H2O və s.) təsiri nəticəsində süxur və mineralların kimyəvi tərkibinin dəyişməsidir. Aşınma nəticəsində yeni relyef formaları, faydalı qazıntı yataqları ( kaolin, hematit, oda davamlı gillər və s.) əmələ gəlir. Aşınma aşınma qabığının yaranmasına səbəb olur və torpaqəmələgəlmə prosesində həlledici rol oynayır.[1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinad[redaktə | mənbəni redaktə et]

  1. G.Həsənov,  S.B. Məmmədov, Y.Q. Əliyev. İzahlı Ensiklopedik Coğrafiya Terminləri Lüğəti «Təhsil» Bakı-2005.